Bizi sosial şəbəkələrdən izləyin:
Sosial şəbəkələrdə astronomiya həvəskarları üçün Milad çələnginə bənzəyən və "kosmik şam" adlanan ulduz topasının yeni fotosu yayılıb.
Moderator.az xəbər verir ki, fotonu Kosmos Agentliyi (NASA) təqdim edib.
Bildirilir ki, şəkildə Süd Yoluna yaxın qalaktika olan Kiçik Magellan Buludunda ulduz çoxluğu olan NGC 602 təsvir olunub.
"Kosmik şamda"kı ulduzların yaşı 1-5 milyon il arasındadır. Bu fakt onların yaşı təxminən 5 milyard il olan Günəşlə müqayisədə xeyli gənc olduğunu göstərir.
Qeyd edilir ki, bu kompozit Çandranın rentgen məlumatlarını (qırmızı rənglə göstərilmişdir) və Ceyms Uebb Kosmik Teleskopundan (narıncı, sarı, yaşıl və mavi rənglərlə təsvir edilmişdir) infraqırmızı məlumatı birləşdirir. Yerdən 2,5 min işıq ili məsafədə yerləşən "Milad ağacı"nın təsvirinin yaradılması üçün NASA-nın Alabamadakı rəsədxanasının məlumatlarından və Arizonadakı astrofotoqrafın teleskopundan alınan optik şəkillərdən istifadə edilib.
Milli.Az