Bizi sosial şəbəkələrdən izləyin:
Suriyanın keçmiş prezidenti Bəşər Əsədin əmisi oğlu Dureyd Əsədin həyat yoldaşı və qızı saxta pasportlarla ölkəni tərk etmək istəyərkən Livan təhlükəsizlik xidmətləri tərəfindən saxlanılıb.
Bu barədə Livanın “An-Nahar” qəzeti məlumat yayıb.
Məlumata görə, onlar Beyrut beynəlxalq hava limanında saxlanılıb.
“Cümə günü Livan məhkəməsi Dureyd Əsədin həyat yoldaşı və qızının həbsinə qərar verib. Qeyd edək ki, Dureyd Əsəd devrilmiş prezident Bəşər Əsədin əmisi Rifat Əsədin oğludur”, - nəşr yazır.
Qeyd edək ki, bundan əvvəl Livanın hüquq-mühafizə orqanları yüksək rütbəli siyasətçilərin və Suriyanın keçmiş rəhbərliyinin nümayəndələrinin Livan ərazisində olması ilə bağlı məlumatları rəsmən təkzib etmişdilər.