Bu ölkədə quş qripi mutasiyaya uğradı - İLK YOLUXMA
1656
27 Dec 2024 | 09:40

Bu ölkədə quş qripi mutasiyaya uğradı - İLK YOLUXMA

ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) ölkədə ilk ağır xəstəliyə yoluxmuş bir xəstədə quş qripinin mutasiyasını müəyyən edib.
 
Publika.az xəbər vəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
 
CDC-nin yekun rəyində bildirilib ki, xəstədə quş qripinə yoluxmuş quşlardan götürülmüş nümunələrdə müəyyən edilmiş mutasiya deyil, fərqli növ mutasiya aşkarlanıb.
 
Mərkəz qeyd edib ki, yoluxmuş nümunələrdə genlərdən birində - virus daşıyıcısının orqanizmindəki hüceyrələrə yapışmada əsas rol oynayan hemaqlütinində müşahidə olunub.
 
Nəşr qeyd edir ki, Luiziana ştatının 65 yaşlı sakinində ağır quş qripinə yoluxma halı müəyyən edilib. Ona bu yaxınlarda ABŞ-da vəhşi və ev quşlarında aşkar edilmiş virusun D1.1 ştammı diaqnozu qoyulub.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər