ÜST rəhbəri İsrailin hava hücumu zamanı Yəmən hava limanında olub
Dünya
1299
26 Dec 2024 | 22:59

ÜST rəhbəri İsrailin hava hücumu zamanı Yəmən hava limanında olub

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hələlik təşkilatın rəhbəri Tedros Adhanom Gebreyesusun Səna hava limanına hücumlardan sonra cümə axşamı Yəməndən çıxa bilib-bilməyəcəyindən xəbərsizdir.
 
Bu barədə qurumun mətbuat xidməti bildirib.
 
Qeyd olunub ki, daha ətraflı məlumat olanda xəbər veriləcək.
 
Gebreyesus daha əvvəl "X" hesabında yazıb ki, BMT nümayəndə heyətinin uçması üçün hava limanına dəyən ziyanın aradan qaldırılmasına qədər gözləmək lazımdır.
 
O həmçinin deyib ki, hava hücumu Yəmənin Səna hava limanında BMT nümayəndə heyəti ilə birlikdə olduğu təyyarədən bir neçə metr aralıda yerləşən binaya ziyan vurub. Nəticədə ekipajın bir üzvü xəsarət alıb.
 
Qeyd edək ki, bu gün İsrail aviasiyası üsyançı husilər Ənsar Allah hərəkatının nəzarətində olan Səna və liman şəhəri Hudeydaya irimiqyaslı zərbələr endirib. Yerli KİV-in məlumatına görə, insident nəticəsində iki nəfər həlak olub.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər