Pakistanın baş naziri Azərbaycanın İslamabaddakı səfirliyində olub
Dünya
1253
26 Dec 2024 | 20:42

Pakistanın baş naziri Azərbaycanın İslamabaddakı səfirliyində olub

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif dekabrın 26-da Azərbaycanın İslamabaddakı səfirliyini ziyarət edib.
 
Moderator.az "Report"a istinadən xəbər verir ki, pakistanlı hökumət başçısı AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində insan itkisi ilə əlaqədar Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib, xəsarət alanlara tezliklə şəfa diləyib.
 
Məhəmməd Şahbaz Şərif səfirlikdə açılmış xatirə kitabında ürək sözlərini yazıb. Pakistan ilə Azərbaycanın hər zaman həmrəylik nümayiş etdirdiyini vurğulayan baş nazir, Pakistanın Azərbaycana hər cür yardım göstərməyə hazır olduğunu bildirib.
Link kopyalandı!
Son xəbərlər