Bizi sosial şəbəkələrdən izləyin:
Qazaxıstanın Baş naziri Oljas Bektenov ölkədə aviasiya təhlükəsizliyinin gücləndirilməsi barədə göstəriş verib.
“Qafqazinfo” “Kommersant”a istinadən xəbər verir ki, Bektenov Qazaxıstanın bütün aeroport və təyyarələrində plandankənar yoxlanışlar keçiriləcəyini açıqlayıb.
Bildirilib ki, sözügedən tədbirlər çərçivəsində təyyarələrin ekipaj üzvlərinin səriştəsi yoxlanılacaq: “Bu kədərli hadisə onu deməyə əsas verir ki, biz də uçuşların təhlükəsizliyi ilə bağlı müəyyən tədbirlər görməliyik. İlk növbədə, plandankənar yoxlanışlar aparmaq, hava limanları və təyyarələrin texniki vəziyyətini xüsusi nəzarətə götürmək mütləqdir.
Xatırladaq ki, Bakıdan Qroznıya uçan “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhərinin yaxınlığında qəzaya uğrayıb. Nəticədə təyyarədə olan 67 nəfərdən 38-i həlak olub.