Aktauda AZAL-a məxsus təyyarənin qəzaya uğramasının nəticələrini dronla lentə alan bloger 10 sutka həbs edilib
3775
26 Dec 2024 | 09:45

Aktauda AZAL-a məxsus təyyarənin qəzaya uğramasının nəticələrini dronla lentə alan bloger 10 sutka həbs edilib

Bloger Azamat Sarsenbayev AZAL-a məxsus təyyarənin Aktauda qəzaya uğramasının nəticələrini drondan istifadə edərək lentə aldığına görə 10 sutka inzibati həbs alıb.
 
Oxu.Az orda.kz-ə istinadən xəbər verir ki , bu barədə onun vəkili Aybek Suyundikov sosial şəbəkədə məlumat verib.
 
Manqistau vilayətinin Tupkaraqanski rayon məhkəməsinin qərarına əsasən, Sarsenbayev hüquq-mühafizə orqanı əməkdaşının qanuni tələbinə tabe olmamaqda təqsirli bilinib. Məhkəmə 10 sutka müddətinə inzibati həbs cəzası təyin edib.
 
Vəkilin izah etdiyi kimi, cəza Qazaxıstan Respublikası İnzibati Xətalar Məcəlləsinin 667-ci maddəsinin “Hakimiyyət nümayəndəsinin qanuni tələbinə tabe olmama” maddəsi ilə 15 sutkaya qədər həbs nəzərdə tutulub. Məhkəmə işin hallarını nəzərə alıb və minimum cəza ilə məhdudlaşdırıb.
 
Məhkəmənin hökmü hələ qanuni qüvvəyə minməyib. Azamat Sarsenbayevin vəkili müdafiə etdiyi şəxsin əməllərinin pis niyyətli olmadığını və ictimaiyyəti məlumatlandırmaq məqsədi daşıdığını vurğulayaraq qərardan apellyasiya şikayəti vermək niyyətindədir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər