Bizi sosial şəbəkələrdən izləyin:
İsrailin danışıqlar qrupu son vəziyyəti qiymətləndirmək üçün Dohadan Təl-Əvivə qayıdacaq.
APA İsrail baş nazirinin ofisinə istinadən xəbər verir ki, Qəzza zolağında girov mübadiləsi danışıqları üçün Qətərə gedən İsrail heyətinin Tel-Əvivə qayıdacağı açıqlanıb.
Açıqlamaya görə, heyət önəmli danışıqlar həftəsindən sonra qayıdır və danışıqların davamı ilə bağlı İsraildə daxili məsləhətləşmələr aparılacaq.