Bizi sosial şəbəkələrdən izləyin:
Azərbaycanın İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) üzvlüyü bu təşkilatı daha da gücləndirəcək.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində deyib.
O bildirib ki, təşkilatın 3 qitədə də təsiri artıb.
Qeyd edək ki, dekabrın 19-da Misirin paytaxtı Qahirə şəhərində D-8 XI Sammiti zamanı Azərbaycan yekdilliklə D-8 təşkilatının üzvü seçilib.