Bizi sosial şəbəkələrdən izləyin:
Belarusda olan ABŞ vətəndaşları dərhal respublikanı tərk etməlidirlər.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti çağırış edib.
Departament həmçinin amerikalıları bu ölkəyə səyahətdən çəkinməyə çağırıb.
Dekabrın 19-da Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiya Belarusun təhlükəsizliyini təmin etmək üçün hər şeyi edəcək.
Belarus prezidenti Aleksandr Lukaşenko dekabrın 4-də fərmanla Belarus və Rusiya Federasiyası arasında təhlükəsizlik zəmanətləri haqqında saziş layihəsini təsdiqləyib.