Dünya
872
00:16, Bu gün

"Kreml Ukrayna və Qərbə qarşı müharibə üçün gənclərin hərbiləşdirilməsi proqramını genişləndirir" - ISW

"Rusiya Ukrayna və Qərbə qarşı uzunmüddətli müharibə aparmaq niyyətindədir..."
 
Rusiya hakimiyyəti Rusiya Federasiyası və Ukraynanın işğal edilmiş ərazilərində yeni hərbi əməliyyatlar üçün gənclər arasında orduda xidmətin populyarlaşdırılması proqramını genişləndirir.
 
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın müharibənin öyrənilməsi İnstitutunun (ISW) analitikləri yazıb.
 
Hesabatda deyilir ki, təcavüzkar ölkənin hakimi Vladimir Putin Kreml tərəfindən 2025-ci ildə elan edilən "Vətənin müdafiəçisi günü" ərəfəsində gənclərin üzdəniraq hərbi-vətənpərvərlik tərbiyəsi proqramlar şəbəkəsini genişləndirməkdə davam edir. 
 
Qeyd edilir ki, Putin Rusiya hökuməti üçün dörd tapşırıqdan ibarət siyahını təsdiq edib:
 
- gənclər arasında orduda xidmətin populyarlaşdırılması üçün "hərbi-idman düşərgələri" şəbəkələrinin yaradılması və inkişaf etdirilməsi;
 
- Kremlin "Qələbə yolları" proqramının genişləndirilməsi;
 
- gənclər üçün üzdəniraq hərbi-vətənpərvərlik tərbiyəsi proqramlarının təşkili üçün onlayn-platformaların yaradılması;
 
- uşaq "sağlamlaşdırıcı düşərgə"lərindən birinin illik iş rejiminə keçirilməsi.
 
Kremlin "Qələbə yolları" proqramı "müasir uşaqlar və gənclərdə vətənpərvərlik hisslərinin tərbiyə edilməsinə" yönəlib və rusiyalı uşaqlar və gənclər üçün Rusiyanın  "döyüş şöhrətinin" mədəni və tarixi yerlərinə pulsuz ekskursiyalar təklif edir", - ekspertlər izah edib.
 
Onlar xatırladır ki, bundan öncə Kreml "Avanqard" hərbi-idman məşq düşərgələrindən Ukrayna gənclərinin hərbiləşdirilməsi və Rusiyanın mədəni və tarixi narrativlərinin yeridilməsi üçün istifadə edib. ISW analitiklərinin fikrincə, Moskva silahlı qüvvələrin formalaşdırılması üzrə uzunmüddətli səylər çərçivəsində bu və buna bənzər düşərgələr şəbəkəsini bütün ölkə boyunca genişləndirir.
 
Təcavüzkar ölkə həmçinin Rusiya gənclərinin hərbiləşdirilməsi məqsədilə "Yunarmiya" və "Birincilərin hərəkatı" kimi üzdəniraq hərbi-vətənpərvərlik təşkilatlarının statusunun genişləndirilməsi və yüksəldilməsinə hazırlaşır. Elə bu məqsədlə də istifadə edilən "Qəhrəmanların zamanı" proqramı çərçivəsində Ukraynada müharibə veteranları dövlət vəzifələrinə təyin edilir.
 
"Kreml, ehtimal ki, bu hərbi-siyasi təşkilatlardan Rusiya gəncləri və cəmiyyəti arasında hərbi xidmətin həvəsləndirilməsi və onun nüfuzunun yüksəldilməsi üçün istifadə etmək niyyətindədir, çünki Ukraynada öz uzunmüddətli hərbi əməliyyatlarını və gələcəkdə Qərb ölkələri ilə mümkün silahlı münaqişələri planlaşdırmaqda davam edir", - ISW analitikləri qeyd edib.
Link kopyalandı!
Son xəbərlər