Kiyev niyə türk respublikasına zərbə endirdi?
Dünya
1110
21 Dec 2024 | 21:25

Kiyev niyə türk respublikasına zərbə endirdi?

Ukraynanın Kazana zərbələr endirməsinin və Rusiya generalını Özbəkistan vətəndaşı vasitəsilə öldürməsinin motivləri çox maraqlıdır. Rusiya ilə Ukrayna arasında kəşfiyyat müharibəsi illərdir davam edir. Ukraynanın müxtəlif şəhərlərində, o cümlədən Kiyev və Xarkovda Rusiya kəşfiyyatına bağlı yatmış hücrələr son illərdə müxtəlif terror aksiyaları törətmişlər. Ukrayna kəşfiyyatı borclu qalmayıb və Rusiya ərazisində müxtəlif əməliyyatlar həyata keçirdib. Bəs niyə Kazan şəhəri hədəf seçilib?
 
Bu sözləri politoloq Elxan Şahinoğlu Ukrayna dronlarının bu gün Kazana hücum etməsi haqda bildirib.
 
O xatırladıb ki, Ukrayna son olaydan əvvəl də Kazana zərbələr endirmişdi:
 
“Məsələ burasındadır ki. Rusiya İranla birgə pilotsuz uçuş aparatları müəssisəsini Kazan ətrafında inşa edib. Həmin zavodda “Şahid-136” kamikadze dronlarının təkmilləşdirilmiş modelləri hazırlanır. Digər tərəfdən Rusiya Prezidenti Vladimir Putin son mətbuat konfransında Kazan şəhərinin onun üçün əziz olduğunu vurğulayıb və bu açıqlamadan bir gün sonra Kazan dronların hücumlarına məruz qaldı. Görünür, bu, Kiyevin Putinə mesajıydı.
 
Həmçiin yerli tatarlar bu zərbələrdən sonra istər-istəməz özlərinə sual verəcəklər ki, Kremlin başladığı müharibədən onlar niyə əziyyət çəkməlidirlər? Kiyevə də elə bu lazımdır. Ukrayna Kazana zərbə endirməzdən əvvəl Rusiya dronlarla Kiyevə hücum etmiş, nəticədə Ukrayna paytaxtındakı azərbaycanlılara məxsus məşhur restoran dağılmışdı. Yüksək rütbəli rus generalın Özbəkistan vətəndaşının əli ilə öldürülməsi isə Kremlin miqrantlara qarşı siyasətini daha da sərtləşdirəcək. Bunun Rusiyanın qonşu ölkələrlə münasibətinə mənfi təsiri qaçılmazdır. Bu da Kiyevin maraqlarına xidmət edir. Vladimir Putin ilin yekunlarıyla bağlı mətbuat konfransında müharibəni nəzərdə tutaraq, belə demişdi: “Biz sakit qala bilmərik, sabitlik bizlik deyil, daima hərəkətdə olmalıyıq”.
 
Sabtliyi pozduğunu açıq etiraf edib, nəticədə hər iki tərəfdə yüz minlərlə insan ölüb, şəhər və qəsəbələr dağılıb və havada dronlar uçuşur”.
Link kopyalandı!
Son xəbərlər