Dünya
761
20 Dec 2024 | 21:49

"Rusiya Qərbin təsiri qarşısına etibarlı sipər çəkir" - Çinin "Sohu" nəşri

Kreml rəhbəri Rusiyada "devesternizasiya" ("qərbsizləşdirmə") ictimai-siyasi modeli yaradır və burada "xüsusi hərbi əməliyyat" iştirakçılarına bel bağlayır..."
 
Rusiyada gerçəkləşən ictimai-siyasi modeli "devesternizasiya" ("qərbsizləşdirmə") adlandırmaq olar.
 
Moderator.az xəbər verir ki, bu barədə Çinin "Sohu" nəşri yazıb.
 
Məqalə müəllifinin sözlərinə görə, söhbət ən azı bir neçə onilliyə hesablanmış uzunmüddətli siyasi kursdan gedir və hazırda bunun əsasları qoyulur.
 
Prezident Vladimir Putin fəal şəkildə Rusiyanın gələcək siyasi strategiyasını işləyib hazırlayır və təməl məqsədi olan "devesternizasiya"ya nail olmağa çalışır.
 
Bu yolun mahiyyəti qərarlar qəbulu prosesində "xüsusi hərbi əməliyyat" veteranlarının statusunun yüksəldilməsindən ibarətdir, bu da Rusiya siyasətinin gələcək istiqmətini müəyyən edən amildir.
 
Bu yaxınlarda "Vahid Rusiya" partiyası özünün yeni qurultayını keçirib və təşkilati strukturda ciddi korrektələr edib. Məhz bu konfransda bir qrup veterana daha yüksək status verilib. Onlar xidmətlərinə görə prezident mükafatlarını "Vahid Rusiya" partiyasının Ali və Baş Şuralarına uğurla daxil olmaq və qərarlar qəbulu üzrə daha çox səlahiyyətlər almaq imkanı kimi qəbul edib. 
 
Statistikaya görə, Baş Şuranın tərkibinə daxil olan "xüsusi hərbi əməliyyat" iştirakçılarının sayı 20-yə çatıb, bu da ümumi sayın səkkizdə bir hissəsini təşkil edir.
 
Bu, Putinin veteranların siyasi statusuna verdiyi əhəmiyyəti tam mənasında nümayiş etdirir. O, dəfələrlə bəyan edib ki, Rusiyanın gələcək komandası "xüsusi hərbi əməliyyat" iştirakçılarından ibarət olmalıdır. "Vahid Rusiya" partiyasında kadr dəyişikliyi müəyyən dərəcədə bu konsepsiyanı gerçəkləşdirəcək. Bu, potensial iştirakçıların inzibati hazırlığını təmin edəcək və bəzi siyasi elitaları onların rəhbəri qismində cəlb edəcək.
 
Putinin nöqteyi-nəzəri aydındır: ölkəyə xidmət edən və bu ölkə üçün mübarizə aparanlar həqiqətən də Rusiya elitasının etimadına layiqdir. Ona görə də bu adamların siyasi səhnəyə çıxışı təkcə onların qəhrəmanlığının dəyərləndirilməsi deyil, həm də Rusiyanın gələcəyinə investisiyanın qoyulmasıdır.
 
Putinin fikrincə, yalnız belə tədbirlərlə Rusiyanın Yeltsin dönəminin səhvlərinin təkrarlanmayacağına zəmanət vermək olar. Praktiki təcrübəsi və vətənpərvərlilik şövqü olan insanları siyasi nüvəyə cəlb etməklə o, ölkənin suverenliyinin və ənənəvi dəyərlərinin qorunub saxlanılmasına ümid edir. Bu fonda prezident açıq-aşkar Rusiyanın möhkəm təməlini qoyur, ölkədə Qərb təsirindən tamamilə azad olan siyasi mühit yaratmağa cəhd edir.
 
Hadisələrin indiki inkişafından görünür ki, Putinin strategiyası təkcə siyasi sabitliklə deyil, həm də yaxın bir neçə onilliklər ərzində Rusiyanın quruluşu ilə bağlıdır. Bunun nəticəsi ölkənin dünya meydanında dayanılqlı mövqeyini birbaşa müəyyən edəcək.
 
Müəllif: Tszyan Fuvey
Link kopyalandı!
Son xəbərlər