Bizi sosial şəbəkələrdən izləyin:
Liviyanın Milli Birlik Hökuməti güclü yağış ehtimalına görə ölkənin qərb, şimal və cənubunda fövqəladə vəziyyət elan edib.
Publika.az xəbər verir ki, Milli Meteorologiya Agentliyinin hava proqnozu hesabatlarında dekabrın 16 və 17-də ölkənin qərb, şimal və cənubunda leysan xarakterli yağış yağacağı bildirilib. Əlverişsiz hava şəraiti ilə əlaqədar bu ərazilərdə fövqəladə vəziyyət elan edilib.