AKP sözçüsü: Ukraynada gərginliyin artmasına səbəb Qərbin Türkiyənin səylərinə dəstək verməməsidir
Dünya
484
16 Dec 2024 | 18:48

AKP sözçüsü: Ukraynada gərginliyin artmasına səbəb Qərbin Türkiyənin səylərinə dəstək verməməsidir

Ukraynada gərginliyin artmasına səbəb Qərbin Türkiyənin səylərinə kifayət qədər dəstək verməməsidir.
 
Moderator.az “Haber Global”a istinadən xəbər verir ki, bu barədə hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü (AK Partiya) Ömər Çelik mətbuat konfransında danışıb.
 
O bildirib ki, Ukraynada artıq hipersonik raketlərdən istifadə edilir.
 
Ö.Çelik söyləyib ki, Qərb dövlətləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukrayna ilə Rusiya arasında müharibənin başa çatması üçün ortaya qoyduğu diplomatik səyləri kifayət qədər dəstəkləmir: “Əgər güclü dəstək verilsə idi, bu gün getdikcə qloballaşadan müharibə gündəmini yox, başqa gündəmləri müzakirə edərdik”.
 
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə 2022-ci il fevralın 24-də başlayıb.
Link kopyalandı!
Son xəbərlər