Suriya müxalifəti Dəməşqdəki diplomatik nümayəndəliklərin təhlükəsizliyinə zəmanət verib
Dünya
1913
08 Dec 2024 | 22:05

Suriya müxalifəti Dəməşqdəki diplomatik nümayəndəliklərin təhlükəsizliyinə zəmanət verib

Suriya müxalifəti nəzarəti altına keçən paytaxt Dəməşqdəki xarici diplomatik nümayəndəliklərə təhlükəsizliklə bağlı zəmanət verib.
 
TASS bu barədə ərəb ölkələrindəki diplomatik mənbələrə istinadən məlumat verib.
 
“Müxalifət rəhbərliyi xarici diplomatik missiyaların təhlükəsizliyinə zəmanət verib, hazırda səfirliklər toxunulmaz statusunu saxlayır, lakin Suriyada vəziyyət sürətlə dəyişir. Gələcək hadisələri proqnozlaşdırmaq bizim üçün çətindir”, - agentliyin həmsöhbətlərindən biri bildirib.(APA)
Link kopyalandı!
Son xəbərlər