İran Suriyadakı səfirliyinə hücuma reaksiya verdi
Dünya
1921
08 Dec 2024 | 19:40

İran Suriyadakı səfirliyinə hücuma reaksiya verdi

İran Xarici İşlər Nazirliyi Suriyanın paytaxtında hakimiyyəti ələ keçirmiş silahlı qrupların İranın Dəməşqdəki səfirliyinə hücumunu pisləyib.
 
Bu barədə İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayinin deyib.
 
İranın Dəməşqdəki səfirliyinə hücumla bağlı sualı cavablandıran Bəqayi bu addımı pisləyib və vurğulayıb ki, diplomatik, eləcə də konsulluq müəssisələrinin təhlükəsizliyinin qorunması beynəlxalq hüququn əsas prinsipidir və istənilən vəziyyətdə hörmət edilməlidir:
 
"İran bu cür hücumların təkrarlanmasının qarşısını almağa çağırıb və Suriyadakı hadisələrlə bağlı bütün maraqlı tərəflərlə əlaqə saxlayır".
 
Onun sözlərinə görə, səfirlik əməkdaşlarının təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlər görülüb, səfir və diplomatik nümayəndəlik əməkdaşları xəsarət almayıb.
 
 
Link kopyalandı!
Son xəbərlər