Milli Koalisiya Suriya müxalifətinə və xalqına ÇAĞIRIŞ ETDİ
Dünya
1911
08 Dec 2024 | 18:59

Milli Koalisiya Suriya müxalifətinə və xalqına ÇAĞIRIŞ ETDİ

Suriyanın Müxalifət və İnqilabçı Qüvvələrin Milli Koalisiyası (MİQMK) silahlı müxalifət qruplarının nümayəndələrinə müraciət edərək ölkədəki dövlət əmlakının qayğısına qalmağa çağırıb.
 
Bu barədə MİQMK-nın müvafiq bəyanatında deyilir.
 
“Biz Suriyanın bütün əyalətlərindəki xalqımızı müxtəlif dövlət əmlakına diqqət yetirməyə çağırırıq. Onların hamısı Bəşər Əsəd rejiminə deyil, xalqa məxsusdur ”, - bəyanatda bildirilib.
 
Xatırladaq ki, dekabrın 8-nə keçən gecə müxalifət qrupları Dəməşqi ələ keçirib. Suriya ordusu komandanlığı Əsədin hakimiyyətinin bitdiyini elan edib .
 
Daha sonra Rusiya Xarici İşlər Nazirliyi Əsədin prezidentlikdən getməyə qərar verdiyini və hakimiyyətin sülh yolu ilə ötürülməsi üçün göstərişlər verərək Suriyanı tərk etdiyini bildirib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər