Qəzzada ölən fələstinlilərin sayı 44,7 min nəfəri keçib
Dünya
1825
08 Dec 2024 | 18:41

Qəzzada ölən fələstinlilərin sayı 44,7 min nəfəri keçib

Ötən ilin oktyabrında İsrailin Qəzza zolağında hərbi əməliyyatlara başlamasından bu günədək 44,7 mindən çox fələstinli ölüb, 106 mindən artıq insan yaralanıb.
 
Bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyinin teleqram kanalında bildirilib.
 
“2023-cü ilin oktyabr ayından etibarən İsrailin Qəzzada həyata keçirdiyi əməliyyatlar nəticəsində ölənlərin sayı 44 708 nəfərə çatıb, daha 106 050 nəfər isə yaralanıb”, - qurumun icmalında deyilir.
 
Həmçinin qeyd edilir ki, son gün ərzində anklavda İsrailin bombardmanları və top atəşləri nəticəsində 44 nəfər ölüb, daha 74 nəfər yaralanıb.
 
Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Fələstinin HƏMAS radikal hərəkatının silahlı tərəfdarlarının Qəzza zolağından İsrail ərazisinə soxulmasından və sərhəd yaşayış məntəqələrinin sakinlərinin öldürülməsi, 240-dan çox insanın girov götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin pisləşib. Buna cavab olaraq İsrail HƏMAS-ın hərbi və siyasi strukturunu məhv etmək və girov götürülənlərin hamısını azad etmək məqsədi ilə anklavda hərbi əməliyyata başlayıb. Qəzza zolağında döyüşlər bu gün də davam edir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər