Dünya
1815
08 Dec 2024 | 13:48

"ABŞ Ukraynaya bir milyard dollara yaxın yeni hərbi yardım paketi ayırıb" - "Reuters"

"Birləşmiş Ştatlar Ukraynanın maharibədə qalib gəlməsi üçün zəruri dəstək göstərməkdə davam edəcək..."
 
Birləşmiş  Ştatlar Ukraynaya Rusiyanın davam edən hərbi müdaxiləsinə qarşı mübarizəsi üçün 988 milyon dollar məbləğində yeni həbi yardım paketi hazırlayır.
 
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
 
Bu yardım paketinə əlavə avadanlıq, dron və raketlər daxildir. Qeyd edilir ki, bu, Ukraynaya təhlükəsizlik sahəsində yardım göstərilməsi üzrə Təşəbbüs (USAI) çərçivəsində qalan 2, 21 milyard dolları iki dəfə azaldır, çünki Bayden administrasiyası silahı ABŞ-ın silah ehtiyatlarından deyil, sənayedən alınması öhdəliyini öz üzərinə götürmək üçün çalışır.
 
Sonradan Pentaqon bu paketə Ukraynaya öz qüvvələrini bərpa etməyə və döyüş gücünü saxlamağa kömək etmək üçün texniki xidmət və təmir proqramlarına dəstək verilməsinin daxil olduğunu təsdiq edib. Buraya aşağıdalılar daxildir:
 
- yüksək möbilli artilleriya sistemləri (HIMARS) üçün döyüş sursatları;
 
- pilotsuz uçuş aparatları (UAS);
 
- artilleriya sistemləri, tanklar və zitehli texnikaya texniki xidmət, onların təmiri və əsaslı təmiri üçün avadanlıq, komponentlər və ehtiyat hissələri.
 
"Bu, Bayden administrasiyasının USAI  Təşəbbüsü üsrə 22-ci yardım paketidir. Birləşmiş Ştatlar Ukraynanın müharibədə qalib gəlməsi üçün zəruri olan dəstəyi göstərmək üçün təxminən 50 müttəfiqi və Ukraynanın müdafiəsi üzrə Təmas Qrupu və əlaqəli koalisiyalarla birgə işləməkdə davam edəcək", - Pentaqon bəyan edib.
 
ABŞ-ın Ukraynaya hərbi yardımı-təfərrüatlar
 
ABŞ prezidenti Co Bayden administrasiyası səlahiyyət müddəti başa çatanadək Ukraynaya ayrılan yerdə qalan vəsaitlərdən təyinatı üzrə istifadə edilməsi üzərində işləyir. Söhbət 6 milyard dollardan gedir. Bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer bəyan edib.
 
O, əmin edib ki, hazırkı hökumət bu ilin aprel ayında Konqres tərəfindən qəbul edilmiş yardım paketindən qalan bütün vəsaitlərdən istifadə etməyə macal tapmaq üçün bütün mümkün olanları edir.
 
Bu yaxınlarda aparılan sorğunun nəticələrinə görə, amerikalıların əksəriyyəti bundan sonra da Ukraynaya dəstək verilməsinə tərəfdardır və Kiyevə Amerika silahından Rusiya ərazisinə zərbələrə icazə verilməsini dəstəkləyir.
Link kopyalandı!
Son xəbərlər