Bizi sosial şəbəkələrdən izləyin:
"Rusiya Suriya ordusuna kömək edir".
Oxu.Az-ın Rusiya KİV-ə istinadən xəbərinə görə, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov Qətərin paytaxtı Dohada Rusiya, İran və Türkiyə xarici işlər nazirləri arasında Suriyanın nizamlanması üzrə Astana formatında keçirilən görüşdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Rusiya Aerokosmik Qüvvələrinin köməyi ilə Suriyaya hərbi dəstək verir.
"Rusiya Xmeymimdə yerləşən Aerokosmik Qüvvələrinin köməyi ilə Suriyaya hərbi yardım göstərir", - deyə o bildirib.
"Biz Suriya ordusuna terror hücumlarına müqavimət göstərməkdə kömək edirik", - deyə nazir əlavə edib.
Eyni zamanda, Lavrov Suriyada vəziyyətlə bağlı proqnoz verməyib.
"Proqnoz vermək bizim işimiz deyil", - deyə Rusiya XİN rəhbəri qeyd edib.