Dünya
1790
06 Dec 2024 | 00:17

"Avropa İttifaqında doğum göstəricisi 1961-ci ildən bəri rekord aşağı səviyyəyə düşüb" - "Financial Times"

"Bu, dövlətlərin maliyyəsinə böyük təsir göstərəcək, çünki əməkqabiliyyətli əhalinin sayı azalacaq, səhiyyə və pensiya təminatına xərclər artacaq..."
 
Avropa İttifaqında doğulan uşaqların sayı 2023-cü ildə rekord aşağı səviyyəyə düşüb. Bu, regionda demoqrafik problemlərin ciddiliyindən xəbər verir.
 
Moderator.az xəbər verir ki, bu barədə "Financial Times" nəşri yazıb.
 
Ötən ayın yenilənmiş məlumatlara görə, 2023-cü ildə Avropa İttifaqının 27 ölkəsində 3 665 000 uşaq doğulub. Qeyd edilir ki, bu, 1961-ci ildən bəri ən aşağı göstəricidir.
 
Avropa İttifaqında doğum göstəricisi 2022-ci ildə olduğundan 5, 5 faiz az olub. Bu, bütün müşahidələr tarixində ən böyük illik azalmadır, nəşr yazıb.
 
Həmçinin 2023-cü ilin göstəriciləri Avropa Statistika Komitəsinin uzunmüddətli demoqrafik proqnozundan aşağı olub, bu proqnoza görə regionda 4 milyon uşaq doğulmalı idi.
 
Jurnalistlər xatırladıb ki, 1960-cı illərin ortalarında Avropa İttifaqında doğum göstəricilərinin pik həddində olduğu müşahidə edilib. O zaman 7 milyon uşaq doğulub, lakin sonradan bu göstərici sürətlə aşağı düşməyə başlayıb.
 
Ekspertlər hesab edir ki, doğum göstərisinin aşağı düşməsi dövlətin maliyyəsinə böyük təsir göstərəcək, çünki əməkqabiliyyətli əhalinin sayı azalacaq, səhiyyə və pensiya təminatına xərclər artacaq, nəşr qeyd edib.
 
"Mümkündür ki, insanların keçirdiyi qeyri-müəyyənlik, məsələn, məşğulluq zəmanətlərinin movcud olmaması, həyatın və mənzilin qiymətlərinin artması, habelə COVİD-19 pandemiyası daxil olmaqla çoxsaylı qlobal böhranlar, geosiyasi gərginlik və iqlim dəyişikliyi, fərdi reproduktiv qərarlara neqativ təsir göstərə bilər", - bunu BMT-nin əhali məsələləri üzrə əməkdaşı Quanyuy Çjan deyib.
 
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının baş iqtisadçısı Villem Adema jurnalistlərə deyib ki, hazırda gənclər üçün özünü əmək və mənzil bazarında gerçəkləşdirmək əvvəlkindən daha çətindir.
 
Roma Luiss Demoqrafiya Universitetinin professoru Rita Testa əmindir ki, avropalılarda uşaq dünyaya gətirmək qərarına indi beynəlxalq səviyyədə siyasi və iqtisadi gərginliklə əlaqədar olan yeni amillər təsir edir.
 
Bundan başqa, Avropa Statistika Komitəsi aydınlaşdırıb ki, Avropa İttifaqında qadınlar daha yaşlı vaxtında uşaq dünyaya gətirməyə başlayıb. Qeyd edilir ki, 2022-ci ildə ilk körpənin doğuşu zamanı qadınların orta yaşı 30 olub.
 
Ekspertlərin sözlərinə görə, doğum göstəricilərinin ən çox azalma meyli İtaliya, İspaniya, Yunanıstan, Polşa, Finlandiya və Baltikyanı ölkələrdə müşahidə edilir. Onlar vurğulayıb ki, bu ölkələrdı son  onillikdə doğum göstəriciləri ən azı 25 faiz azalıb.
 
Demoqrafiya ilə bağlı problemlər
 
Xəbər verildiyi kimi, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin qlobal ölüm və doğum statistikası üzrə Ukrayna dünyada ölüm və doğum səviyyəsinə görə birinci yedədir. Qeyd edilir ki, ölkədə hər min nəfərə cəmi altı doğulan körpə düşüb.
 
Bundan başqa, ekspertlər aydınlaşdırıb ki, zəngin ölkələrdə doğum səviyyəsi rekord aşağı düşüb. Onların sözlərinə görə, doğum göstəricilərinin aşağı düşməsi "cəmiyyətlərin simasını dəyişəcək" və artım perspektivlərinə təsir edəcək.
Link kopyalandı!
Son xəbərlər