Novak: OPEC+ ölkələri saziş şərtlərini 100 faizdən çox yerinə yetirir
Dünya
1664
05 Dec 2024 | 22:56

Novak: OPEC+ ölkələri saziş şərtlərini 100 faizdən çox yerinə yetirir

OPEC+ ölkələri birlikdə saziş şərtlərini 100 %-dən çox yerinə yetirir.
 
Bu barədə Rusiya Baş nazirinin müavini Aleksandr Novak OPEC+ nazirlərinin görüşünün yekunlarına dair “Rossiya-24” telekanalına müsahibəsində bildirib.
 
“Razılaşmanın icra səviyyəsi 100 %-dən çoxdur. Kompensasiya ödəməli olan ölkələr var idi, onlar təzminat qrafikini OPEC katibliyinə təqdim ediblər. Onlar öz kvotalarının yerinə yetirilməsini və hasilata görə OPEC katibliyi ilə razılaşdırılan təzminatı təmin edəcəklər”, - o deyib.
 
Nazirlər görüşündən sonra OPEC+ ölkələri 2025-ci il üçün razılaşdırılmış neft hasilatı kvotalarını 2026-cı ilə qədər uzatmaq qərarına gəliblər.
 
Eyni zamanda alyans səkkiz ölkənin sadiq qaldığı 2,2 milyon barel/gündəlik cari könüllü azalmaların müddətini 2025-ci ilin birinci rübünün sonuna qədər artırıb. Bundan sonra OPEC+ ölkələri 2026-cı ilin sentyabr ayının sonuna qədər davam edəcək hasilatı bərpa dövrünə qədəm qoyacaqlar.
 
Daha əvvəl 2025-ci ilin sonunda başa çatması planlaşdırılan 1,65 milyon barel/gündəlilk hasilat məhdudiyyətləri 2026-cı ilin sonuna qədər uzadılıb. Bundan əlavə, BƏƏ OPEC+ kvotası çərçivəsində hasilatın tədricən 300 min barel artırılmasını 2025-ci ilin yanvarından 2025-ci ilin aprelinə təxirə salıb.
 
OPEC+ nazirlərinin növbəti görüşü 2025-ci il mayın 28-nə planlaşdırılıb.(Report)
Link kopyalandı!
Son xəbərlər