Tiflisdə yenidən etiraz aksiyasına başlanıldı
1661
05 Dec 2024 | 21:20

Tiflisdə yenidən etiraz aksiyasına başlanıldı

Tiflisdə Gürcüstan parlamenti qarşısında yenidən etiraz aksiyası keçirilir.
 
Bu barədə "Paper Kartuli" xəbər verib. Qeyd edilir ki,  Rustaveli prospektinə toplaşan etirazçılar paytaxtın əsas küçəsində hərəkəti dayandırıblar.
 
Polis parlament binasına bitişik yollarda cəmləşib.
 
Etirazlar ardıcıl səkkizinci gündür ki, davam edir. Aksiya iştirakçıları hökumətin Gürcüstanın Avropa İttifaqına üzvlük danışıqlarının başlanması məsələsinin müzakirəsini 2028-ci ilin sonuna qədər təxirə salmaq qərarına etiraz edirlər.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər