Bu ölkədə sahibsiz itlər evtanaziya ediləcək
Dünya
1766
05 Dec 2024 | 17:19

Bu ölkədə sahibsiz itlər evtanaziya ediləcək

Knessetin İqtisadiyyat Komitəsi sahibsiz itlərin Qəzza zolağı yaxınlığındakı sərhəd bölgələrində tutulduqdan sonra dörd gün ərzində evtanaziyasına icazə verən qanun layihəsini təsdiqləyib.
 
Moderator.az Lent.az-a istinadla xəbər verir ki, qanun layihəsinə ikinci və üçüncü oxunuşlarda baxılacaq. Əhəmiyyətli dəyişiklik maliyyə ilə bağlıdır: yerli hakimiyyət orqanlarına hər öldürülən heyvan üçün kompensasiya ödəmək əvəzinə, əvvəlcədən büdcə ayrılacaq.
 
Qanun layihəsinə ikinci və üçüncü oxunuşlarda baxılacaq. Əhəmiyyətli dəyişiklik maliyyə ilə bağlıdır: yerli hakimiyyət orqanlarına hər öldürülən heyvan üçün kompensasiya ödəmək əvəzinə, əvvəlcədən büdcə ayrılacaq.
 
2024-cü ilin mart ayından Qəzzadakı müharibənin fonunda, bir sahibsiz itin ələ keçirildikdən dörd gün sonra təhlükə yaradarsa, itxanada saxlanıla bilmirsə və ya yeni sahibləri tapılmazsa öldürülməsinə icazə verən müvəqqəti tənzimləmə qüvvədədir. Müqayisə üçün qeyd edək ki, bütün ölkə üzrə heyvanlar üçün karantin 10 gün davam edir.
 
Qanun layihəsində bu tədbirlərin 2024-cü ilin sonuna qədər uzadılması nəzərdə tutulur. Buna səbəb müharibə səbəbindən İsrailə girən sahibsiz itlərin sayının artmasıdır. Məlumata görə, may-noyabr aylarında cənub rayonlarında 1250-yə yaxın heyvan ovlanıb.
 
Ekspert rəyləri və mübahisəli məsələlər
 
Baytarlar assosiasiyasının sədri doktor Avi Tsarfati qeyd edib ki, ideal həll yolu hər bir heyvan üçün ev tapmaq olacaq, lakin indiki şəraitdə bu, real deyil.
 
Əvvəllər evtanaziya üçün ödəniş sistemi tənqidlərə səbəb olmuşdu: baytarlar yerində prosedur üçün 150 şekel (40 dollardan çox) və it evində evtanaziya üçün 450 şekel (təxminən 125 dollar) alırdılar. İqtisadi Komissiyanın sədri David Bitan yanaşmanın dəyişdirilməsində israr ediи: Maliyyə Nazirliyi ödənişləri öldürülən heyvanların sayına bağlamadan, baytarlıq xidmətlərinin büdcə kəsirlərini ödəməlidir.
 
Link kopyalandı!
Son xəbərlər