Bizi sosial şəbəkələrdən izləyin:
İranın qərbində, İraqla sərhəd yaxınlığında 5,4 bal gücündə zəlzələ baş verib.
Axar.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların episentri Əhvaz şəhərindən 99 km şimal-şərqdə yerləşib.
Zəlzələ yerin 10 km dərinliyində meydana gəlib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.