Cənubi Koreyada xaos dərinləşir: Qiymətlər artdı, əhali tədarükə başladı
Dünya
1001
04 Dec 2024 | 12:37

Cənubi Koreyada xaos dərinləşir: Qiymətlər artdı, əhali tədarükə başladı

Cənubi Koreyada hərbi vəziyyətin tətbiqindən sonra ölkə vətəndaşları konserv məhsulları almağa və "Telegram" yükləməyə başlayıblar.
 
Moderator.az xəbər verir ki, bu barədə "Yonhap" xəbər agentliyi məlumat yayıb.
 
Bildirilib ki, dekabrın 3-də axşam Cənubi Koreya mağazalarında konservləşdirilmiş qida məhsullarının satışı həftə ərzində 337.3% artıb.
 
Tezhazırlanan əriştənin satışı 253.8%, butulka suyunun satışı 141%, hazır düyünün satışı 128.6%, batareya və dərmanların satışı isə 40% artıb.
 
Həmçinin "Telegram" istifadəçilərinin sayında da artım müşahidə olunub. İnsanlar mesencerlərin işində yarana biləcək problemlərdən narahat olduqları üçün hərbi vəziyyət şəraitində qohumları və tanışları ilə əlaqə saxlamaq məqsədilə serverləri xaricdə yerləşən "Telegram"ı yükləməyə başlayıblar.
 
Qeyd edək ki, dekabrın 4-də Cənubi Koreyanın ən böyük həmkarlar ittifaqı təşkilatı - Həmkarlar İttifaqları Konfederasiyası (KCTU) ölkə prezidenti Yun Sok Yolun istefasına qədər müddətsiz tətil elan edib.
 
Xatırladaq ki, dekabrın 3-də Yun Sok Yol respublikada hərbi vəziyyət elan edib. O, bu qərarını "Şimali Koreya tərəfdarı olan qüvvələri kökündən məhv etmək və azad konstitusiya quruluşunu qorumaq zərurəti" ilə izah edib. Jurnalistlər isə dövlət başçısının bu addımını onun siyasi rəqiblərinin ona qarşı impiçment proseduru keçirmək cəhdləri ilə əlaqələndiriblər. Bundan bir neçə saat sonra Cənubi Koreya parlamenti ölkədə hərbi vəziyyətin ləğvinə səs verib. Koreya Respublikası hökuməti hərbi vəziyyətin aradan qaldırılması təklifi ilə razılaşıb. /oxu.az/
 
Link kopyalandı!
Son xəbərlər