Dünyanın ən bahalı məhbusu: Ömürlük həbs almaq üçün 9 milyard dollar ödəməlidir
Dünya
1886
03 Dec 2024 | 21:54

Dünyanın ən bahalı məhbusu: Ömürlük həbs almaq üçün 9 milyard dollar ödəməlidir

Bu gün Vyetnam məhkəməsi daşınmaz əmlak maqnatı Truong My Lan-ın 12 milyard dollarlıq fırıldaqçılıq işində mənimsəmə və rüşvət ittihamlarına qarşı apellyasiya şikayətini rədd edərək, ölüm hökmünü qüvvədə saxlayıb. Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, daşınmaz əmlak nəhəngi olan Van Thinh Phat Holdings Group-un sədri Lan Vyetnam tarixindəki ən böyük maliyyə fırıldaqçılığı işindəki roluna görə aprel ayında ölüm cəzasına məhkum edilib.
 
VnExpress onlayn qəzeti xəbər verir ki, Ho Şi Min şəhərinin cənubundakı Ali Xalq Məhkəməsi Lanın ölüm hökmünü dəyişdirmək üçün heç bir əsas olmadığına qərar verib. Qərara görə, Lan mənimsədiyi pulun dörddə üçünü, yəni təxminən 9 milyard dolları qaytara bilsə, cəza ömürlük həbslə əvəz oluna bilər.
 
O, ölkədə uzun müddət davam edən anti-korrupsiya kampaniyası çərçivəsində həbs edilən ən tanınmış iş adamlarından və dövlət məmurlarından biridir.
 
Lan hələ də Vyetnamın kassasiya və ya təkrar araşdırma proseduru əsasında yenidən işin araşdırılmasını tələb etmək hüququna malikdir.
Lanın 2022-ci ildə həbsi ölkənin ən böyük özəl banklarından biri olan Saigon Səhmdar Kommersiya Bankında (SCB) böyük problemlərə səbəb oldu. Araşdırmalar göstərdi ki, rəhbərliyi başqa adamlar olsa da, bankın real sahibi Lan imiş.
Reuters xəbər verir ki, bu ilin aprel ayında bankı iflasdan xilas etmək üçün Vyetnam mərkəzi bankı ona “xüsusi kreditlər” şəklində 24 milyard dollar köçürüb.
 
Ölüm hökmünə əlavə olaraq, Lan fırıldaqçılıq, çirkli pulların yuyulması və qeyri-qanuni transsərhəd pul köçürmələri yolu ilə əmlak əldə etməkdə təqsirli bilindikdən sonra oktyabr ayında ayrıca məhkəmədə ömürlük həbs cəzasına məhkum edilib.
Link kopyalandı!
Son xəbərlər