Abbas Əraqçi: İran Suriyaya qoşun göndərə bilər
Dünya
1794
03 Dec 2024 | 21:53

Abbas Əraqçi: İran Suriyaya qoşun göndərə bilər

"İran Suriyaya qoşun göndərə bilər".
 
Bunu İranın xarici işlər naziri Abbas Əraqçi “Əl-Arabi əl-Cədid” nəşrinə müsahibəsində deyib.
 
O bildirib ki, Suriya hökuməti İrandan qoşun yeritməyi xahiş edərsə, Tehran bu tələbi nəzərə alacaq.
 
Bundan başqa, nazir qeyd edib ki o, Suriyadakı hadisələri müzakirə etmək üçün Rusiyaya səfər etməyi planlaşdırır.
Link kopyalandı!
Son xəbərlər