Dünya
1928
02 Dec 2024 | 00:28

"Ukraynanın problemi əsgər sayında deyil, silah və texnika qıtlığındadır" - Zelenski

"Mən tərəfdaşlarımızdan öz işini görməyi xahiş edirəm, biz də öz işimizi görəcəyik..."
 
Biz müttəfiqlərimizə rusiyalı işğalçılara müqavimət göstərilməsi üçün 10 briqadanın tam təchiz etmək xahişi ilə müraciət etmişik. Lakin nəticədə onlardan yalnız 2, 5 briqada tam komplektləşdirilib.
 
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski Britaniyanın "Sky News" telekanalına müsahibəsində bəyan edib.
 
Dövlət başçısı vurğulayıb ki, başlıca problem hərbçilərin çatışmazlığında deyil, onlar üçün silah və texnika qıtlığındadır.
 
"Onlar səfərbərlikdən danışır, amma gerçək problem tərəfdaşlarımızın təchiz etmədiyi 10 briqadadadır. Mən bunu bir ildən çox öncə xahiş etmişəm. Biz Birləşmiş Ştatlar və avropalı müttəfiqlərimizlə razlaşmışıq, bu günə qədər Avropa və ABŞ yalnız 2, 5 briqadanı təchiz edib", - prezident izah edib.
 
Onun sözlərinə görə, belə nəticələr bürokratiya ilə, bəzi tərəfdaşlarda prioritetlərin olmaması və müharibə zamanı meydana çıxan digər amillərlə bağlıdır.
 
"Kimsə məndən səfərbərliklə bağlı soruşub, mən də cavab vermişəm: siz istəyirsiniz ki, insanlar ölümə silahsız getsinlər?",  - Zelenski qəzəbini gizlətməyib.
 
Dövlət başçısı əlavə edib ki, Ukrayna öz ordusunun sayı barədə daha çox insan həyatını qoruyub saxlamağa istinad edərək qərar verir.
 
"Əgər avropalı və amerikalı məmurlarının səfərbərlik yaşı barədə ideyaları varsa, mən tərəfdaşlarımızdan öz işini görməyi xahiş etmək istəyirəm, biz də öz işimizi görəcəyik", - Zelenski vurğulayıb.
 
Ukraynada səfərbərlik
 
Məlum olduğu kimi, "Hərbi mükəlləfiyyət və hərbi xidmət haqqında" Qanuna əsasən, hazırda 18 yaşı olanlar yalnız öz istəyi ilə orduya qatıla bilər.
 
Lakin Qərb KİV-lərinin məlumatına görə, ABŞ prezidenti Co Bayden adminidstrasiyası Ukraynaya təzyiq edərək səfərbərlik yaşının 18-ə endirilməsinə çağırış edir.
 
"Svoboda" taborunun operativ planlaşdırma bölməsinin zabiti, baş leytenant Andrey Krivuşşenko qeyd edib ki, bütün milləti cəbhəyə yollamaq olmaz, çünki Ukraynanın mübarizəsinin mahiyyəti təkcə əraziləri itirməmək deyil.
Link kopyalandı!
Son xəbərlər