Bığını qırxmağa görə 10 milyon təklif etdilər
1652
30 Nov 2024 | 11:25

Bığını qırxmağa görə 10 milyon təklif etdilər

Rusiyanın tanınmış aparıcısı, şoumen Leonid Yakuboviç 10 milyon rubl (təqribən 160 min manata yaxın) qarşılığında bığını qırxmaqdan imtina edib. 
 
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Mash” teleqram kanalı yayıb. 
 
Bildirilib ki, noyabrın ortalarında Yakuboviçə Yeni il korporativ şənliyi ilə bağlı çəkiliş üçün bığlarını qırxmaq təklif olunub. Əyləncəli videoçarxda iştiraka görə məşhur “Pole Çudes”in aparıcısına 10 milyon rubl təklif edilsə də, o, bundan imtina edib. 
 
Bununla yanaşı, “Mash” 79 yaşlı L.Yakuboviçin Yeni illə bağlı korporativ şənliklərdə iştirakının dəyərinin ümumilikdə 2,75 milyon rubl olduğunu yazıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər