Rumıniyada prezident seçkisi: İlk turda rusiyapərəst namizəd qalib gəldi
Dünya
251
25 Nov 2024 | 22:01

Rumıniyada prezident seçkisi: İlk turda rusiyapərəst namizəd qalib gəldi

"Bu gün Rumıniya xalqı ucadan sülhə səs verib, biz müşahidəçi olmalı, buna cəlb edilməməliyik, bu, bizim tariximiz deyil..."
 
Rumıniyada keçirilən prezident seçkilərinin birinci turunda gözlənilmədən rusiyayönümlü namizəd, Ukraynaya yardımın dayandırılması və Putinin Avropaya təzyiqi qarşısında geriyə çəkilməyə tərəfdar olan Kalin Georgesku irəliyə çıxıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri yazıb.
 
Bazar günü keçirilən seçkilərin birinci turunda o, hamını, o cümlədən indiki avropayönümlü baş nazir Marçela Çolaku (19, 15 %) və sağ mərkəzçi partiyasının nümayəndəsi, kiçik Kımpulunq əyalət şəhərciyinin meri Yelena Laskonini (19, 17 %) üstələyərək səslərin 22, 94 faizini əldə edib.
 
Bu, həm də ona görə gözlənilməz olub ki, sorğular onun 8 faizdən çox səs toplaya bilməyəcəyini göstərib və o, əsasən, böyük şəhərlərin meydanlarında deyil, "Tik-Tok"da fəaliyyət göstərib
 
"Bu gün Rumıya xalqı ucadan sülhə səs verib. O, bunu çox ucadan səsləndirib. Biz müşahidəçi olmalıyıq. Rumıniya buna cəlb edilməməlidir. Bu, bizim tariximiz deyll", - Georgesku seçkilərin nəticələri dərc edildikdən sonra bəyan edib.
 
Sosial şəbəkələrdə o, təxminən Putinin gənclik illərində olduğu kimi davranır, gah at üstündədir, gah kilsədə şam tutur, gah da tatamidə dzüdo ilə məşğuldur.
 
Georgesku Rumıniyanın NATO-ya daxil olmasını alqışlamır. O, deyir ki, 2004-cü ildə hökumət ciddi danışıqlar aparmayıb və Rumıniya Alyansa qəbul olunmaqla yalnız uduzub. 
 
"NATO-nun raketəleyhinə raket bazalarının yerləşdirilməsi bizə heç nə verməyib, yalnız lazımsız münaqişəyə düçar edib. Vəssalam. Rusiyanın NATO-nun hər-hansı ölkəsinə hücum edəcəyi təqdirdə Alyans onu müdafiə etməyəcək", - siyasətçi əmin edir. 
 
Avropa nəşrləri Georgeskunun nitqlərinin qonşu Moldovada prezident seçkilərində məğlub olan Aleksandr Stoyanoqlonun ritorikası ilə oxşar olduğunu qeyd edir.
 
İxtisasca aqronom olan namizəd özünün inzibati karyerasına Çauşesku rejimin devrilməsindən iki il sonra başlayıb.
 
O, əvvəlcə ətraf mühit nazirinin müşaviri, sonra nazirliyin baş direktoru olub. 2000-ci ildən sonra o, 15 il müddətində Uzunmüddətli İnkişaf Milli Mərkəzinə rəhbərlik edib, BMT və Avropa təsisatlarında işləyib.
 
2020-ci ildə Moldovanın Rumıniyaya birləşdirilməsinə tərəfdar olan "Rumınların ittifaqı Alyansı" milliyyətçi partiyasının görkəmli xadimi olub.
 
Onun 2020-ci ildə Antonesku və digər hitlerçi kollaborantların xatirəsinin əbədiləşdirilməsi barədə çıxışı Rumıniyanın yəhudi icmasında şok yaşadıb.
 
Analitiklər qeyd edir ki, Rumıniyada prezident gerçək hakimiyyətə malik deyil, lakin böyük mənəvi çəkisi var.
Link kopyalandı!
Son xəbərlər