Paşinyanın arvadının Lexusu və 32 min dollarlıq saatı
Dünya
1586
10 Nov 2024 | 16:39

Paşinyanın arvadının Lexusu və 32 min dollarlıq saatı

Ermənistan baş nazirinə bahalı daş-qaş və siqaret qaşaqmalçılığı ittihamı; Anna Akopyan “Roger Dubuis” brendini hansı pulla alıb?
“Paşinyanın arvadına 134 min dollarlıq Lexus LX 500 avtomobili lazımdır?”
 
Musavat.com erməni mediasına istinadən yazır ki, bu suala Maliyyə Nazirliyinin rəhbəri Vahe Hovhannisyan anlaşılan cavab verə bilməyib.
 
Ermənistan Nazirlər Kabinetinin üvzü Paşinyanın arvadının niyə belə bahalı avtomobildə gəzməsini onun təhlükəsizliyi ilə izah etməyə çalışıb.
 
Jurnalistlər maliyyə nazirinə xatırladıblar ki, o, müxalifətçi deputat olarkən o vaxtlı prezident Serj Sərkisyanı və hökuməti korrupsiyada ittiham edib. Halbuki eks-prezident Serj Sərkisyanın arvadına o zaman kifayət qədər təvazökar “Toyota Camry” xidmət göstərirdi. Ancaq indi Paşinyanın rəhbərlik etdiyi Nazirlər Kabineti mütəmadi olaraq yeni avtomobillər alır.
 
Şöbə müdiri buna ritorik sual verib: “İstəyirsiniz ki, biz köhnə maşın sürək?!”
 
 
Yekramas.org yazır ki, baş nazir bugünlərdə büdcə müzakirələrində “Ermənistanın dövlət büdcəsi hər bir ölkənin vətəndaşı üçün böyük ailə büdcəsidir” deyəndə, yəqin arvadına dövlət hesabına bahalı avtomobil almağı nəzərdə tuturmuş. Erməni saytı yazır ki, baş nazirin arvadına ayrılan bahalı Lexus LX 500 bir yana, Annanın qiyməti 31 900 dollarlıq saat taxtığı da üzə çıxıb.
 
Bildirilir ki, İslandiyada Anna Akopyan “Gender bərabərliyinin və sağlamlığın qorunması” mövzusunda müzakirədə iştirak edib.
 
Anna Akopyanın rəsmi səhifəsində bu səfərdən fotolar dərc olunub, burada baş nazirin arvadının qolunda qiyməti 31 900 dollar olan 18 karatlıq qızıl “Roger Dubuis” taxdığı əks olunub.
 
Oktyabrın son günündə NEWS.am-ın məlumatına görə, Paşinyanın arvadı “53 uğurlu kişi” ilə nahar edib və bu şam yeməyinin giriş haqqı hər adama 1 milyon drama (təxminən 2600 dollar) başa gəlib.
 
Bu gün Ermənistanda daha uca səslə ittihamlar səslənir ki, Paşinyan xalqın güzəranının yaxşılaşdırılması ilə bağlı verdiyi vədləri unudub və bu gün ailəsi ilə birlikdə dövlət büdcəsini israf edir. Baş nazir qiyməti yarım milyon dollardan çox olan bahalı avtomobilləri (təkcə özü üçün deyil, həm də ailə üzvləri üçün), müşayiət karvanında həddindən artıq sayda avtomobili xatırladır ki, bu da birinci şəxsin və onun ailəsinin təhlükəsizliyini təmin edir. Dəbdəbəli həyatın elementləri baş nazirin iqamətgahının qiymətində də özünü göstərir, onun təmiri dövlət xəzinəsinə 2 milyon dollara başa gəlib.
 
 
Müxalifət Paşinyanı “dövlət oliqarxı” adlandırır və xalqı aldatmaqda, qanunsuz biznes və oliqarxlarla işbirliyi sayəsində fəal şəkildə pul qazanmaqda ittiham edir. İddialara görə, baş nazirin yaxın ətrafının biznesinə siqaret və brilyant qaçaqmalçılığı da daxildir.
 
Paşinyanın qardaşı oğlu Sipan Paşinyanın və Nikolun yeznəsi ilə siqaret qaçaqmalçılığına rəhbərlik etdikləri haqda xəbərlər də yeni deyil.
 
Bildirilir ki, ümumiyyətlə, Ermənistan hökumətinin digər üzvləri də büdcəni gücləri çatdıqları qədər “yeyirlər”. Məsələn, İrəvan merinin müavini Armen Pambuxçyanın təqaüddə olan atası 1,5 milyard dram məbləğində bank krediti və 102 milyon dram məbləğində subsidiya alıb. Ümumilikdə kreditlər və qrantlar təxminən 4,2 milyon ABŞ dolları təşkil edib.
 
Halbiki respublikada sayı 500 mini keçən adi erməni təqaüdçülər ən yaxşı halda bankdan 3-6 aylıq pensiya məbləğində kreditə ümid edə bilərlər. Pambuxçyanın belə bir sövdələşməni necə həyata keçirməsi ilə bağlı sualını cavablandıran vitse-mer bildirib ki, təqdim olunan proqrama “Spayka” şirkətinin zəmanətləri daxildir. “Spaykanın kənd təsərrüfatı sənayesindəki çəkisini və təcrübəsini nəzərə alaraq, bank və hökumət bu layihəni etibarlı hesab etməyi məqsədəuyğun saydı. Başqa məlumatım yoxdur”, - deyə Armen Pambuxçyan cavab verib.
Link kopyalandı!
Son xəbərlər