KİV: Təl-Əvivdə müdafiə nazirinin istefasından sonra etirazçılar əsas magistral yolu bağlayıb
2945
06 Nov 2024 | 01:55

KİV: Təl-Əvivdə müdafiə nazirinin istefasından sonra etirazçılar əsas magistral yolu bağlayıb

İsrailin müdafiə naziri Yoav Qalantın istefasına etiraz edən bir neçə min etirazçı Təl-Əvivin mərkəzində Ayalon şossesində hər iki istiqamətdə hərəkəti bağlayıb və yol kənarında tonqal yandırıblar.
 
Bu barədə Ynet portalı məlumat yayıb.
 
Portalın məlumatına görə, etirazçılarla sürücülər arasında toqquşma qeydə alınıb və onların şosse ilə hərəkətinə etirazçılar tərəfindən maneə yaradılıb.
 
Portal qeyd edir ki, etirazlar çərşənbə axşamı axşam saatlarında Baş nazir Benyamin Netanyahunun müdafiə nazirini istefaya göndərmək qərarını elan etməsindən sonra başlayıb.
 
Belə ki, yüzlərlə etirazçı Netanyahunun Qüdsdəki iqamətgahına gələrək erkən seçkilərin keçirilməsini tələb edib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər