KİV: Tramp əksər ştatlarda Harrisədən irəlidədir
Dünya
2943
06 Nov 2024 | 01:43

KİV: Tramp əksər ştatlarda Harrisədən irəlidədir

ABŞ-da Respublikaçıların prezidentliyə namizədi Donald Tramp həlledici ştatlarının əksəriyyətində qalib gəlməyə hazırdır.
 
Bu proqnozla “RealClearPolitics” portalı çıxış edib.
 
Portalın məlumatına görə, Tramp Demokratların namizədi Kamala Harrisdən Arizonada 2,8 faiz, Corciyada 1,3 faiz, Şimali Karolinada 1,2 faiz, Nevadada 0,6 faiz, Pensilvaniyada isə 0,4 faiz fərqlə irəlidədir. Harrisin isə Trampdan cəmi iki ştatda; Miçiqanda 0,5 faiz və Viskonsin ştatında 0,4 faiz fərqlə üstünlüyü var.
 
"RealClearPolitics"in proqnozu doğru olarsa, Trampın ABŞ-dakı prezident seçkilərində qalib gələcəyi ehtimal edilir.
Link kopyalandı!
Son xəbərlər