Meymunçiçəyinin yeni ştamı ilə bağlı həyəcan: Yoluxma rekord həddə
Dünya
2691
05 Nov 2024 | 23:15

Meymunçiçəyinin yeni ştamı ilə bağlı həyəcan: Yoluxma rekord həddə

Britaniyada meymunçiçəyi virusunun yeni ştamına yoluxma halları artıb.
 
Moderator.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Britaniya Səhiyyə Mühafizə Agentliyi (UKHSA) xəbər yayıb.
 
"Mpox Ib" virusu ilə iki yoluxma halı aşkar edilib. Beləliklə, təsdiqlənmiş halların ümumi sayı üçə çatıb", - deyə agentlikdən bildirilib.
 
Məlumata görə, hər iki yoluxan şəxs birinci xəstə ilə təmasda olub.
 
"Bu xəstələrlə təmasda olan şəxslərə test və lazım gələrsə, peyvənd təklif olunacaq. Xəstəlik əlamətləri yarandığı və ya test nəticələri müsbət olduğu təqdirdə onlara müalicə tövsiyələri veriləcək", - deyə qurumdan əlavə edilib.
 
Qeyd edək ki, Britaniyada meymunçiçəyi ilə ilk yoluxma halı barədə oktyabrın sonunda məlumat verilib.
 
Yeri gəlmişkən Almaniyada da meymunçiçəyi virusunun yeni "Clade Ib" ştamına yoluxmanın ilk halı qeydə alınıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər