Türkiyə İsraillə ticarət əlaqəsini dayandırdı
Dünya
1816
04 Nov 2024 | 14:54

Türkiyə İsraillə ticarət əlaqəsini dayandırdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin ötən ilin oktyabrından bəri 50 minə yaxın insanın ölümünə səbəb olan Qəzza zolağındakı aqressiv hərəkətlərini əsrin ən dəhşətli soyqırımlarından biri adlandırıb.
 
Moderator.az xəbər verir ki, Ərdoğan bu barədə İstanbulda çıxışı zamanı danışıb. Onun sözlərinə görə, İsrailin Qəzza və Livana qarşı təcavüzünə ən yaxşı cavablardan biri Fələstinin müstəqilliyinin bir çox dövlət tərəfindən tanınması olacaq. Türkiyə prezidenti, həmçinin İslam ölkələrini ixtilafları bir kənara qoyub, Fələstin və Livan xalqlarını ədalətli mübarizədə dəstəkləməyə çağırıb.
 
O əlavə edib ki, Türkiyə Qəzzada böhran başlayandan bəri Misir vasitəsilə bölgəyə 85 min tondan çox humanitar yardım çatdırıb. Ərdoğan İsraillə ticarət əlaqələrinin dayandırıldığını və ölkəsininin Cənubi Afrikanın Beynəlxalq Ədalət Məhkəməsində İsrailə qarşı qaldırdığı iddiaya qoşulduğunu bildirib.
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Link kopyalandı!
Son xəbərlər