Ruslar artıq Ermənistandan imtina edir
Dünya
1552
04 Nov 2024 | 08:53

Ruslar artıq Ermənistandan imtina edir

Bu il Ermənistana gələn turistlərin sayı xeyli azalıb.
 
Bu sözləri erməni ekspert Akop Köçəryan Ermənistan Statistika Komitəsinin məlumatına istinadla bildirib.
 
O bildirib ki, ötən ilin 9 ayında Ermənistana 1 milyon 851 min turist gəlibsə, bu ilin eyni dövründə bu rəqəm 1 milyon 721 minə enib.
 
Onun sözlərinə görə, xüsusilə rusiyalı turistlərin Ermənistana marağı azalıb:
 
“Ötən il turistlərin yarıdan çoxu Rusiyadan idisə, bu il cəmi 42 faizini təşkil edib. Rus turistlərin sayı isə ötən ilin eyni dövrü ilə müqayisədə 210 min nəfər azalıb və 721 minə düşüb. Ruslar üçün Ermənistan, ilk növbədə, qiymətlərin yüksəkliyinə görə artıq cəlbedici ölkə sayılmır. Ancaq qiymətlər tək səbəb deyil. Bunun siyasi səbəbləri var”.
 
O xatırladıb ki, Cənubi Qafqazın ən bahalı şəhəri statusu artıq İrəvana aiddir:
 
“Nəzərə alsaq ki, bir turist Ermənistanda 1000 dollar civarında pul xərcləyir, onda belə çıxır ki, bu il Rusiyadan turist axını ilə ən azı 200 milyon dollar itirmişik”.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər