Medvedev:
Dünya
1672
03 Nov 2024 | 20:16

Medvedev: "Trampı Kennedinin taleyi gözləyə bilər"

"Respublikaçı Donald Tramp ABŞ-də keçirilən prezident seçkisində qalib gələrsə, sistemin qaydalarına əməl etməyə məcbur olacaq və Rusiya ilə Ukrayna arasında münaqişəni dayandıra bilməyəcək".
 
Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.
 
"O, müharibəni dayandıra bilməz. Nə bir gündə, nə üç gündə, nə də üç ayda. Və həqiqətən cəhd etsə, o, yeni Kennedi ola bilər", - deyə Medvedev qeyd edib.
 
Xatırladaq ki, Con Ficerald Kennedi 1961-1963-cü illərdə ABŞ-nin 35-ci prezidenti olub və Texasda sui-qəsd nəticəsində öldürülüb.(oxu.az)
Link kopyalandı!
Son xəbərlər