Dünya
1782
03 Nov 2024 | 17:52

"Putin Ukrayna ilə danışıqlara getməyəcək" - CNN

"Putin üçün Ukrayna yalnız məqsədə çatmaq üçün vasitədir, məqsəd isə ABŞ-ın beynəlxalq aləmdə təsirinin azaldılmasıdır..."
 
Rusiya diktatoru öz ordusunun böyük itkilərinə rəğmən, Ukrayna ilə sonadək döyüşmək niyyətindədir...
 
Rusiya prezidenti Vladimir Putinin Ukraynaya qarşı müharibəyə son qoymaq üçün danışıqlar masası arxasında əyləşməyə hazır olduğunun hələlik heç bir əlamətləri yoxdur. Ekspertlər hesab edir ki, ABŞ-da prezident seçkilərinin nəticələri onun qərarına təsir etməyəcək.
 
Moderator.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
 
Rusiyanın xarici siyasət üzrə eksperti və Beynəlxalq münasibətlər üzrə Şuranın elmi əməkdaşı Tomas Qrem nəşrə müsahibəsində bəyan edib ki, ABŞ-da prezident seçkilərindən sonra Amerika siyasəti yolayrıcında olacaq. Onun sözlərinə görə, Putin "Qərbin birliyində olan çatlardan" istifadə etməyə cəhd göstərəcək.
 
"Qərbin birliyi, Qərb və Ukraynanın nələrə nail olmaqla bağlı vahid baxışlarının nümayiş etdirilmədiyi şəraitdə Putinin hazırda Ukraynada etdiklərinə yenidən baxması üçün səbəbləri yoxdur", - Qrem deyib.
 
Ekspert qeyd edib ki, bu "çatlar" ABŞ-ın sabiq prezidenti Donald Tramp administrasiyası tərəfindən Amerika yardımının və NATO-nun rolunun azaldılması formasında ola bilər. Bundan başqa, Ukraynaya dəstək göstərilməsinə təsir edəcək Konqresdə parçalanma və digər amillər üzə çıxa bilər. 
 
Qrem həmçinin xatırladıb ki, Tramp dəfələrlə bəyan edib ki, cəmi bircə günə Ukraynada müharibəyə son qoyacaq. Buna baxmayaraq, ekspert bunun necə baş verəcəyinə əmin deyil.
 
"Trampın nə edəcəyini düşünməsi, onun hansı təsir rıçaqlarına malik olması hazırkı məqamda aydın deyil, lakin mən bunun tez bir proses olduğunu düşünmürəm".
 
Qrem vurğulayıb ki, ABŞ yardımının azalması döyüş meydanında dəyişikliklərə gətirib çıxara bilər. Müharibənin miqyası da Moskva və Kiyev arasında
danışıqlar üçün həddən artıq böyükdür.
 
"Putin üçün Ukrayna yalnız məqsədə çatmaq vasitəsidir, məqsəd isə ABŞ-ın beynəlxalq aləmdə təsirinin bundan sonra da azaldılmasıdır" - bunu Londonun Rusiya üzrə proqramın və "Chatham House" Avrasiya Analitik Mərkəzinin kiçik elmi əməkdaşı Con Laf deyib.
 
Laf əlavə edib ki, Tramp hər halda Ukrayna müharibəsinə başqa bucaq altında baxarsa, özünün Putinə münasinbətini dəyişə bilər. O, vurğulayıb ki, Rusiyaya Çin tərəfindən dəstək verilməsi Pekinin Vaşinqton üçün ciddi təhlükə törətdiyi ilə bağlı respublikaçıya siqnal olacaq.
 
Nəşr qeyd edir ki, NATO-nun məlumatına görə, Ukrayna müharibəsində 600 mindən artıq rusiyalı əsgər həlak olub və ya yaralanıb. Amma hətta bu qədər böyük itkilər də Putin üçün problem deyil.
 
Ukrayna ilə Rusiya arasında danışıqlar-vacib xəbərlər
 
Bundan öncə general-mayor Dmitri Marçenko deyib ki, hazırda cəbhədə vəziyyət çox ağırdır, lakin Ukrayna danışıqlarda söz sahibi olmaq üçün tab gətirməlidir. Onun sözlərinə görə, Ukraynada müharibə, ehtimal ki, danışıqlar masası arxasında bitəcək.
 
Bundan başqa, Ukrayna prezidenti Ofisinin rəhbəri Andrey Yermak bəyan edib ki, Ukrayna hökuməti danışıqlar üzərində işləyir. O, qeyd edib ki, USQ-nin Kursk vilayətinə hücumu rusiyalıların həssaslığını göstərib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər