BMT: İsrailin əməliyyatının başlanğıcından Livanı təxminən 470 min insan tərk edib
Dünya
1764
02 Nov 2024 | 08:59

BMT: İsrailin əməliyyatının başlanğıcından Livanı təxminən 470 min insan tərk edib

İsrailin sentyabrın sonunda “Hizbullah” hərəkatına qarşı başladığı hərbi əməliyyatdan sonra azı 469 min insan Livanı tərk edib.
 
Bu barədə BMT-nin Livandakı Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin nümayəndəliyi məlumat yayıb.
 
Sənəddə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının və Suriya Qızıl Aypara Cəmiyyətinin məlumatına əsasən, 25 min livanlının İraqa gəldiyi bildirilib.
 
Qeyd edək ki, sentyabrın 23-də İsrail “Hizbullah” qüvvələrinə qarşı “Şimal oxları” əməliyyatına başlayıb və təşkilatın Livan ərazisindəki hərbi obyektlərinə kütləvi hava zərbələri endirir.
 
Oktyabrın 1-nə keçən gecə İsrail ordusu Livanın cənubundakı sərhədyanı bölgələrdə quru əməliyyatına başladığını elan edib.
Link kopyalandı!
Son xəbərlər