TUSAŞ-a dəhşətli terror hücumunda 12 minlik qanlı yol: Yeni görüntülər ortaya çıxdı - VİDEO
1440
01 Nov 2024 | 15:15

TUSAŞ-a dəhşətli terror hücumunda 12 minlik qanlı yol: Yeni görüntülər ortaya çıxdı - VİDEO

Türkiyənin Aviasiya və Kosmik Sənaye Şirkətinin (TUSAŞ) Ankaranın Kahramankazan rayonundakı mərkəzi qərargahına qarşı törədilən terror aktı ilə bağlı yeni görüntülər ortaya çıxıb.
 
Moderator.az bildirir ki, bu barədə Oxu.az Türkiyə KİV-ə istinadən xəbər verir.
 
Beş nəfərin şəhid olduğu, ikisi ağır olmaqla 22 nəfərin yaralandığı hücumu həyata keçirən terrorçularla bağlı yeni təfərrüat məlum olub.
 
Əldə edilən məlumata görə, TUSAŞ-da terror aktını həyata keçirən "Rojger" kod adlı Ali Örek və Mine Sevjin Alçiçekin adlı iki PKK-lı terroristin İliç və ya Kemaliye rayonundan Divriğiyə keçdikləri təxmin edilirdi. Lakin müəyyən edilib ki, onlar Divriğidən Kanqal rayonuna keçiblər, orada yemək yedikdən sonra 12 min lirəyə (600 manata yaxın) kirayə götürdükləri taksi ilə Ankaraya yola düşüblər.
 
Terrorçular hücumdan əvvəl qaçırdıqları başqa bir taksi ilə TUSAŞ-a gediblər. İki terrorçunun görüntüləri hadisədən bir gün əvvəl Kanqal rayonunda bir iş yerinin təhlükəsizlik kamerasına əks olunub.
 
Bellərindəki çantanın içində bomba olduğu ehtimal edilən terrorçuların Kanqalda kirayə götürdükləri taksi sürücüsünün də nəzarət altına alındığı məlum olub.
 
Terrorçuların Divriği və Kanqal rayonlarında hərəkətləri və əlaqə saxladıqları şəxslərlə bağlı araşdırmalar davam edir.
 

Link kopyalandı!
Son xəbərlər