Dünya
2381
14 Oct 2024 | 23:30

"Putinin antisemitizmi haradan qaynaqlanır? " - ekspert rəyi

Antisemitizm üzrə ekspert əmin edir ki, Rusiya prezidentinin yudofobiyasının səbəblərini onun çekist keçmişində axtarmaq lazımdır...
 
"Putin antisemitdir, o, yəhudilərin Rusiyanı tərk etməsindən məyusdur".
 
Moderator.az xəbər verir ki, "Kan Reşet-bet" radiostansiyası öz saytında postsovet məkanında antisemitizm üzrə ekspert, doktor Aleksandr Fridmanla söhbətinin bu adla stenoqramını dərc edib. Məlumatı "vesty.co. il" nəşri yayıb.
 
Marerial müəllifi Aleks Nirenberq izah edib ki, bu müsahibə 7 oktyabr hadisələrinin ildönümünə həsr edilib və bu gün hələ də xeyli yəhudinin qaldığı Rusiyada baş verən proseslərin təsvirinə yönəlib.
 
Düsseldorfda Henrix Heyne adına Universitetdə ən yeni tarix və Şərqi Avropa ölkələri tarixini tədris edən doktor Fridmanla söhbətin səbəbi 7 oktyabrdan sonra baş verən və İsrail Müdafiə Ordusunun Qəzza və Livanda hərbi fəaliyyəti fonunda güclənən antisemit dalğası olub. 
 
Fridman hesab edir ki, söhbət artıq sovet dövrünün "klassik" antisemitizmindən deyil (hərçənd, bunun elementləri hələ də qalır), ən yeni yudofobiya formalarından, o cümlədən Vladimir Putinin özünün xarakterinin xüsusiyyətlərindən gedir.
 
Fridmanın fikrincə, Rusiyada antisemitizm həm yuxarıdan, həm də aşağıdan qaynaqlanır. İnstitusional antisemitizmin bir neçə mənbəyi var. Məsələn, İsrailə Amerikanın vassalı kimi baxılır, ona görə də Rusiya və ABŞ arasında münaqişə vəziyyətində Kreml İsrailin düşmənlərinin tərəfini tutur. "Amma daha dərin səviyyədə, düşünürəm ki, Putin və onun ətrafı yəhudilərlə bağlı çox güclü məyusluq hissi keçirir", - ekspert güman edir.
 
O, xatırladır ki, bir çox illər ərzində belə fikir mövcud  olub ki, Rusiyada antisemitizm yoxdur, Vladimir Putinin isə İsrailə və yəhudilərə simpatiyası var. Lakin Rusiyanın Ukraynaya tammiqyaslı hərbi müdaxiləsi başlanandan vəziyyət dəyişib.
 
Kreml qərara gəlib ki, yəhudilər Rusiyaya (daha dəqiq desək, Putinə) xəyanət edib. "Putin istəyirdi ki, Rusiyada bütün yəhudilər Vladimir Solovyov kimi olsun (Kremlin baş təbliğatçısı). Və əlavə edib ki, onun yəhudilərin nankorluğundan məyusluğu bütün icmaya və İsrailə yönəlib.
 
Fridman həmçinin güman edir ki, Putinin antisemit köklərini onun çekist keçmişində axtarmaq lazımdır. Ekspert əvvəllər də qeyd edib ki, "Putinin, onun ən yaxın silahdaşı Nikolay Patruşevin və Rusiya rəhbərliyində olan digər nüfuzlu şəxslərin peşəkar sosiallaşması sovet dövrünün son mərhələsinin DTK orqanlarında keçib".
 
O zamanın sovet dövlət təhlükəsizliyi nümayəndələrinə mütləq yəhudi tərkib hissəsi olan o cümlədən, guya, dünyanı idarə edən "əzəmətli yəhudilər" barədə konspiroloji nəzəriyyələr xas olub.
 
Yeri gəlmişkən, erkən mərhələlərdə, Fridmanın yazdığı kimi, Putinin həmin çekist təcrübəsi, böyük ehtimalla, həmçinin Moskvanın mövqe seçimində müəyyənedici rol oynayıb. Sovet keçmişini xatırlayaraq, yəhudilərlə öcəşməməyə, onlarla dostcasına və korrekt davranmağa üstünlük verilib. İsrail ilə bağlı ikitərəfli münasibətlərin inkişafına sadiqlik bəyan edilib.
 
Lakib "xüsusi hərbi əməliyyat" başlanandan sonra yəhudi əsilli on minlərlə rusiyalı ölkəni tərk edib. Bir çox yəhudi kökənli biznesnen, elm və mədəniyyət xadimi Ukraynaya qarşı müharibəni açıq şəkildə pisləyib. Beynəlxalq yəhidi təşkilatları Kiyevin tərəfini tutub. İsrail bütövlükdə Ukraynayönümlü mövqe sərgiləyir, hərçənd, Rusiyanın yəhudi icmasının maraqları İsrail rəhbərliyini Moskvaya boylanmaqla hərəkət etməyə vadar edir. 
 
Fridman qeyd edir ki, bürün bunlar Putinin baxışlarına və bütövlükdə Rusiyanın mövqeyinə təsir göstərir. Antisemit yanaşma, məsələn, Ukrayna prezidenti Vladimir Zelenskinin yəhudi olmasının daimi xarırladılmasında əks olunur.
 
Bununla yanaşı, ekspert düşünür ki, Rusiya sovet dövrü üçün səciyyəvi olan antiyəhudi siyasətinə doğru hərəkət edir. Hər halda o, ali məktəblərə daxil olanlar üçün faiz kvotaları və işə qəbul zamanı ayrıseçkilik gözləmir.
 
"Yəhudilər az sayda qalıb, ona görə də belə məhdudiyyətlərə ehtiyac yoxdur, - o, deyir. - Düşünürəm ki, Rusiyadan çıxışa məhdudiyyətlər ola bilər. Antisemitizm təzahürləri, görünür, güclənəcək, amma Sovet İttifaqında olanlara nisbətən başqa formalarda olacaq".
Link kopyalandı!
Son xəbərlər