"Dəmir günbəz" sistemi raketlərə qarşı kifayət qədər effektli olsa da, dronlara qarşı çətinliklərlə üzləşib..."
Ekspert faciənin gözlənilməz versiyalarını açıqlayıb
"Hizbullah" dronlarının Binyamin rayonunda hərbi bazaya hücumu, nəticədə dörd nəfər hərbçinin həlak olması və 70-dək hərbçinin yaralanması müasir müharibədə dronların artan təhlükəsini nümayiş etdirir.
Moderator.az xəbər verir ki, bu barədə "The Jerusalem Post" qəzeti yazıb.
Qeyd edilir ki, "Hizbullah" hücum üçün "Mirsad-1" dronundan istifadə edib. Bu dron İranın "Mohajer-2" dronunun modeli əsasında yaradılıb. "Hizbullah" dronu modifikasiya edərək İsrailə qarşı əməliyyatlara uyğunlaşdırıb. Dron 40 kq partlayıcı maddə daşıya bilir. Onun maksimal sürəti saatda 370 km, təsir radiusu isə 120 km təşkil edir.
"Hizbullah" 2002-ci ildən "Mirsad-1" dronlarından kəşfiyyat əməliyyatları və hücum zərbələri üçün istifadə edir. Binyamindəki hərbi bazaya hücumun gedişində "Hizbullah" raketlərlə paralel olaraq bir neçə belə dron buraxıb. Belə taktika İsrailin müdafiə sistemlərinin sarsıdılmasına yönəlib.
Bir dron müdafiəni yarmağa müvəffəq olub, bu isə artıq "Mirsad-1" dronunun aşkar edilib ələ keçirilə bilmədiyi ilk hal deyil. Bu hücum İsrailin HHM sistemlərinin dronlarla mübarizədə effektliyi məsələsini üzə çıxarıb. "Dəmir günbəz" sistemi raketlərə qarşı kifayət qədər effektlidir, lakin dronlara qarşı çətinliklərlə üzləşib.
Ekspert faciənin gözlənilməz versiyasını açıqlayıb
Bar-İlan Unicersitetinin şərqşünası və müəllimi doktor Mordexay Keydar bu yaxınlarda Binyamin rayonunda yerləşən "Holani" briqadasının hərbi bazasına hücumu barədə öz fikrini ifadə edib. Xəbərdarlıq sisteminin işləməməsi düşmən dronu ilə hərbi bazaya dəqiq zərbə endirilməsinə imkan verib.
Doktor Keydar baş verənlərin iki əsas səbəbini açıqlayıb. Birincisi, o, qeyd edib ki, sosial şəbəkələrdən istifadə edilməsi "Hizbullah"a İsrail Müdafiə Ordusu əsgərlərinin yerini izləməyə kömək edə bilər, bu da təhlükə törədir və ciddi nəzarət tələb edir.
İkincisi, Keydar İsrail Müdafiə Ordusunun bazalarda xidməti təmin edən podratçılarla bağlı syasətini tənqid edib. O, vurğulayıb ki, podratçılar əməkdaşlarını dərindən yoxlamadan seçir, bu da potensial olaraq məlumatların sızması riskini yaradır.
Buna cavab olaraq İsrail Müdafiə Ordusu təsdiq edib ki, zərbə "Hizbullah"ın PUA-sı ilə Binyamin yaxınlığında yerləşən hərbi bazaya endirilib.
Bundan öncə xəbər verilib ki, İsrail müdafiə naziri Yoav Qalant bununla bağlı bəyan edib ki, İsrail bu insidentdən vacib nəticələr çıxaracaq.