Bizi sosial şəbəkələrdən izləyin:
Gürcüstanın Baş naziri İrakli Kobaxidze hüquq-mühafizə orqanlarını 26 oktyabr parlament seçkiləri ərəfəsində xüsusilə ayıq-sayıq olmağa və müxalifətin mümkün təxribatlarının qarşısını almağa çağırıb.
Moderator.az bu barədə TASS-a istinadən məlumat verir.
"2016-cı ildə deputat Givi Tarqamadzeyə sui-qəsd cəhdində ittiham olunan Darço Xeçuaşvilinin Gürcüstana qanunsuz daxil olmaq cəhdinin şübhəli fonunda və radikal müxalifətin partiya ofislərində aparılan cari söhbətləri nəzərə alaraq, bütün hüquq-mühafizə qurumlarını növbəti iki həftə ərzində xüsusi sayıqlıq göstərməyə və təxribatların qarşısını almaqla bağlı diqqətlə işləməyə çağırıram", - Kobaxidze brifinqdə bildirib.
İ.Kobaxidze, həmçinin müxalifəti təxribatlar planlaşdırmaqdan çəkinməyə çağırıb: "Dövlət istənilən təxribata ən sərt cavabı verəcək".
Bununla yanaşı, o qeyd edib ki, seçki kampaniyası "misli görünməmiş sakit şəraitdə" keçir və bunu ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) nəşri də təsdiqləyir. (report.az)