ABŞ-dən Türkiyəyə ŞOK TƏHDİD - Bu olsa...
Dünya
Oxunub: 378
09:39, Bu gün
ABŞ-dən Türkiyəyə ŞOK TƏHDİD - Bu olsa...
Birləşmiş Ştatların qardaş ölkəni beynəlxalq ödəniş sistemi SWIFT-dən ayırmaq və dollarla ödənişləri kəsməklə hədələməsinin pərdəarxası məqamları
 
ABŞ Rusiya ilə əməkdaşlığa görə Türkiyəni beynəlxalq ödəniş sistemi SWIFT-dən ayırmaq və dollarla ödənişləri kəsməklə hədələyib. Bu barədə Türkiyənin Vətən Partiyasının sədr müavini Hakan Topkurulu bildirib.
 
Onun sözlərinə görə, bununla bağlı Ankara Moskva ilə ticarət dövriyyəsini azaltmalı olur:  “Türkiyə Vaşinqtonun təzyiqinə qarşı çıxa bilməz”.
 
Qeyd edək ki, Türkiyə Rusiyaya qadağan olunan avadanlıq və texnologiyaların çatdırılması vasitəçisi kimi 2023-cü ilin payızından ABŞ-ın diqqətini “cəlb” edib. Buna səbəb 2022-2023-cü illərdə Türkiyənin Rusiyaya ixracında qeydə alınan kəskin artımdır. Ötən il ərzində bu ixracat, xüsusilə də texnika, elektronika avadanlıqları, maşınqayırma dəzgahları və sair istiqamətlərdə 100 faizə yaxın artım nümayiş etdirib. Bu artımla bağlı araşdırmalar reeksportun əsasən Rusiya vətəndaşlarının Türkiyədə qurduqları şirkətlər vasitəsilə həyata keçirildiyini üzə çıxarıb. Ötən ilin payızından etibarən ABŞ Maliyyə Nazirliyinin sanksiya siyahılarında Türkiyədən olan belə şirkətlər əks olunmağa başlayıb. 2023-cü ilin dekabrında prezident Co Bayden Maliyyə Nazirliyinə Qərbin Rusiyaya ixracını qadağan etdiyi məhsulların bu ölkəyə çatdırılması üzrə ticarət əməliyyatlarını maliyyələşdirən maliyyə qurumlarına ikincili sanksiyalar tətbiq etmək səlahiyyəti verdikdən sonra Türkiyə-Rusiya ticarətində böyük problemlər yaranıb. 2024-cü ilin fevalında Türkiyədən Rusiyaya ixrac 70 faizə qədər azalıb. Lakin sonrakı aylarda əməliyyatları qismən maliyyələşdirmək imkanı yaradıldı. Bu imkan yalnız tekstil, əczaçılıq, kənd təsərrüfatı və sair məhsulları əhatə edir.
 
Türkstatın təfərrüatlı məlumatlarından aydın olur ki, ilin birinci yarısında Türkiyədən Rusiyaya avadanlıq və mexaniki cihazların ixracının həcmi (Xarici Mallar Nomenklaturası 84-cü qrupu -  qazanlar, generatorlar, turbinlər, daxili yanma mühərrikləri, nasoslar, qaldırıcı mexanizmlər və s.) 961 milyon dollar təşkil edib. Bu, 2023-cü ilin birinci yarısı(1,32 milyard dollar)  ilə müqayisədə 27 faiz azalma deməkdir. Elektrik avadanlıqlarının ixracı (qrup 85) 48 faiz azalaraq 205 milyon dollara (ötən ilin eyni dövründə - 390 milyon dollar) düşüb. Türkiyədən Rusiyaya plastik və onlardan hazırlanan məmulatların tədarükü 249 milyon dollara qədər azalıb (illiklə müqayisədə 28 faizŞ 347 milyon dollardan).
 
Aprel-may aylarında ikincili sanksiyalar qorxusu ilə Türkiyə banklarının əksəriyyətində Rusiya ilə ticarət əməliyyatlarının maliyyələşdirilməsi üçün bir neçə mərhələli yoxlamalar tətbiq olundu. Lakin bu da Rusiyaya ikili ixracın qarşısını tam almadığına görə ABŞ-dan yeni sanksiya hədələri gəlməyə başlayıb.
 
Avqust ayında Financial Times ABŞ-ın Rusiyaya texnologiya ixrac etdiyinə görə Türkiyəni sanksiyalarla hədələdiyinə dair materialla çıxış edib. Məlumatda qeyd olunub ki, Vaşinqton Türkiyənin Rusiyaya Qərb istehsalı olan elektronikanın tədarükü üçün əsas kanala çevrilməsindən narahatdır. Söhbət hərbi məqsədlər üçün istifadə oluna bilən prosessorlar, yaddaş kartları, gücləndiricilər və digər avadanlıqlardan gedir.
 
ABŞ ticarət nazirinin köməkçisi Metyu Akselrod deyib: “Türkiyə hakimiyyət orqanlarından və sənayesindən sürətlə irəliləyiş görməliyik, əks halda, bizim ixraca nəzarətimizdən yayınanlara qarşı sanksiyalar tətbiq etməkdən başqa çarəmiz qalmayacaq”.
 
Sentyabrda məlum oldu ki, Türkiyəli ixracatçılar ABŞ-ın sanksiyalar təzyiqi fonunda Rusiya ilə ticarət problemlərinin həllində dövlət orqanlarından kömək istəyiblər. İxracatçı şirkətlərdən verilən məlumatlardan aydın olur ki, ölkələr arasında ödənişlərdə yaranan çətinliklər artıq Türkiyənin elektronika, metallurgiya və avtomobil istehsalı sahələrində ixracatının əhəmiyyətli dərəcədə azalmasına səbəb olub. Azalma təxminən 30 faiz təşkil edib.
 
Türkiyə Maşınqayırma İxracatçıları Birliyi (MAİB) tərəfindən açıqlanan məlumata əsasən yanvar-avqust aylarında Türkiyənin sərbəst zonalar daxil olmaqla cəmi məhsul ixracı 18,3 milyard dollar təşkil edib. Avqust ayında aylıq 2,4 milyard dollarlıq ixracatla son 12 aylıq ortalamaya yaxın bir nəticə əldə edən sektor avqustda ABŞ-a təxminən 200 milyon dollarlıq maşınqayırma məhsulları satıb.  Nəticədə bu ölkəyə 8 aylıq ixracat 12,2 faiz artımla 1,4 milyard dollara çatıb. Bu sahədə ilk yerdə qərarlaşan Almaniyaya yanvar-avqust ayları ərzində 2,3 milyard dollarlıq,  üçüncü yerdə gələn Rusiyaya 1,4 milyard dolalrlıq maşın və avadanlıqlar ixrac edilib. Rusiyaya ixracatda 17,9 faizlik azalma baş verib.
 
Türkiyənin Rusiyaya polad ixracı da 2024-cü ilin yanvar-avqust dövründə 2023-cü ilin eyni ayına görə 5 faiz azalaraq 127,3 milyon dollara düşüb. Türkiyə Ticarət Nazirliyinin məlumatına görə, 2024-cü ilin avqust ayında Türkiyə Rusiyaya 20,2 milyon dollar dəyərində polad məhsulları ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 25 faiz çoxdur.
 
Türkiyədən Rusiyaya tekstil məhsulları ixracı 2024-cü ilin yanvar-avqustunda əvvəlki ilin eyni dövrü ilə müqayisədə 15,8 faiz azalaraq 226,3 milyon dollara düşüb. Türkiyə Ticarət Nazirliyinin verdiyi açıqlamaya görə, təkcə avqust ayında Rusiyaya tekstil ixracı 13,7 faiz azalaraq 28,2 milyon dollar olub.
 
Türkiyənin ümumi tekstil ixracatı isə eyni dövrdə 1 faiz azalaraq 6,2 milyard dollara düşüb.
 
Rusiyaya qarşı artan sanksiyaların təsiri ilə Türkiyənin bu ölkəyə ixracatı ilin ilk 8 ayında 18,7 faiz azalaraq 5,1 milyard dollara düşüb. Bu zaman ən çox təsirlənən sektorlardan biri taxıl, paxlalı bitkilər, yağlı bitkilər və onların məhsulları olub.  2023-cü ilin yanvar-avqust aylarında Rusiyaya 240,6 milyon dollar ixrac edən taxıl məhsulları istehsalçıları, bu ilin eyni dövründə 33,6 azalma ilə cəmi 159,7 milyon dollarlıq ixraca nail ola biliblər.
 
TİM Taxıllar Bakliyat Yağlı Toxumlar və Məhsullar Sektoru İdarə heyətinin sədri Əhməd Tiryakioğlunun dediyinə görə, Qərb ölkələrinin genişlənən sanksiya qərarlarının Rusiyaya ixraca təsiri 8 ayda 1,2 milyard dollara çatıb: “Baxmayaraq ki, bu sanksiyalar əsasən müdafiə sənayesi, logistika və aviasiya kimi müharibə ilə əlaqəli sektorları hədəf alır, ərzaq ticarətimizdə itkilər oldu”.
 
Türkiyə bankları bu yaxınlarda Rusiya ilə əlaqəli əməliyyatlara xidmət göstərməyi dayandırmağa çalışıb. Əksər əməliyyatlar bir banka - Emlak Katılıma yönləndirilir. Hazırda yalnız bu maliyyə qurumu rus rublu/türk lirəsi cütlüyündə əməliyyatlar həyata keçirir. Eyni addım Belarusla ticarətdə də atılır. Bu yolla Türkiyənin maliyyə qurumları Rusiya və Belarusla işləmək üçün ikinci dərəcəli sanksiyalardan qorunmağa çalışırlar.
 
Sentyabr ayında ABŞ Maliyyə Nazirliyi öz ərazisində Rusiya banklarının törəmələrinin açılmasına imkan verən ölkələrə xəbərdarlıqla çıxış edib. Həmin xəbərdarlıqda bildirilir ki, Rusiya hərb sənayesində istifadə edə biləcəyi məhsulların idxalını təmin etmək üçün müxtəlif ölkələrdə sanksiya siyahısına düşməyən banklarının törəmələrini yaradır. Nazirlik bəyan edib ki, hətta ana bank sanksiya siyahısında olmasa da, belə törəmələrin qadağan olunmuş məhsulların Rusiyaya çatdırılmasında iştirakı aşkarlanan kimi onların yerləşdiyi ölkələrin maliyyə sistemlərinə qarşı sanksiyalar işə salınacaq. Bundan əlavə, həmin törəmələr üzərindən əməliyyat edən bütün fiziki və hüquqi şəxslər avtomatik olaraq sanksiya siyahısına əlavə ediləcək.
 
Eyni zamanda ABŞ Rusiya Mərkəzi Bankının yaratdığı xüsusi ödəniş sistemini də sanksiya siyahısına salıb. Nəticədə, yalnız Türkiyədə deyil, Rusiyanın ən böyük ticarət tərəfdaşı olan Çində də böyük problemlər meydana çıxıb. Artıq Çinin demək olar ki, bütün iri və regional bankları Rusiya fiziki və hüquqi şəxslərinə xidməti dayandırıblar. Eyni addım Birləşmiş Ərəb Əmirliklərində də atılıb. Postsovet ölkələrindən Qazaxıstan, Qırğızıstan, Ermənistan, Özbəkistanda da banklar Rusiya şirkətlərinə xidməti demək olar ki, tamamən dayandırıblar. Belə xidməti yalnız həmin ölkələrdəki Rusiya törəmə bankları həyata keçirir. ABŞ-ın hazırda məhz törəmə bankları hədəf alması göstərir ki, tezliklə postsovet məkanındakı Rusiya törəmə bankları da sanksiya siyahısına salınacaq.
 
Qeyd olunanlar göstərir ki, ABŞ ayrılıqda Türkiyəni deyil, Rusiyaya ikili təyinatlı malların çatdırılmasında iştirak edən bütün ölkələri hədəf alıb. Onların  sayı kifayət qədər çox, bir çoxlarının ABŞ və Qərb üçün əhəmiyyəti kifayət qədər böyükdür. Bu baxımdan, ya Türkiyənin, ya da digər ölkələrin SWIFT-dən ayrılması kimi sərt addımların atılması gözlənilən deyil. Konkret Türkiyəyə münasibətdə bütün ölkənin SWIFT-dən ayrılması deyil, hansısa bankın ABŞ-dakı müxbir hesablarının dondurulması kifayətdir. Bu halda həmin bankın SWIFT-ə yolu bağlanmış olacaq ki, bu da Qərb maliyyə strukturların sıx inteqrasiya olunmuş banklar üçün iflasa bərabər bir cəza olacaq. Məhz buna görə də Türkiyənin bütün iri bankları Rusiya ilə ticarət əməliyyatlarının maliyyələşdirilməsindən geri çəkilib, rusiyalı müştərilərə xidmət növlərini minimuma endiriblər.
 
Aydın məsələdir ki, ixracatının 70 faizdən çoxu Avropa İttifaqı və ABŞ-a yönələn Türkiyə sanksiya təhdidlərini nəzərə almaya bilməz. Hətta dünyanın ikinci böyük iqtisadiyyatına malik Çin belə ABŞ sanksiyalarına görə Rusiya ilə təhlükəli məhsullar üzrə ticarəti minimuma endirirsə, Türkiyənin bunun əksini edəcəyini gözləmək sadəlövhlük olardı. Nəzərə alsaq ki, Çinin Rusiya ilə birbaşa sərhədi var və ticarətin “əlbəəl” maliyyələşdirilməsi imkanına malikdir, Türkiyənin heç belə imkanı da yoxdur: göndərilən mallar hansısa mərhələdə qeydə alınır. Belə bir şəraitdə Türkiyə hökuməti və banklarının ehtiyatlı davranmalarının əsassız olmadığını görürük.
 
Dünya SAKİT,
“Yeni Müsavat”
Oxşar xəbərlər
12:21, Bu gün
ASCO daha bir quru yük gəmisi alır
12:15, Bu gün
AHİK və Mediasiya Şurası əməkdaşlığa başlayır
12:10, Bu gün
Dörd cüdoçumuz "Böyük Dəbilqə" turnirdə mübarizəyə start verəcək
12:05, Bu gün
Ukraynanın "qələbə planı" və nüvə dilemması: "Silahı verirlər, vurmağa qoymurlar" - ŞƏRH + FOTO
12:00, Bu gün
Repetitor hazırlığı öndə: Orta məktəblərdə tədris sıradan çıxır... - Ekspert
11:56, Bu gün
Müdafiə Nazirliyində xidməti müşavirə: Zakir Həsənov göstərişlər verdi
11:54, Bu gün
Ermənistan prezidenti Qazaxıstana səfər edəcək
11:45, Bu gün
Məzuniyyətə görə ən az pul verilən ölkələr: REYTİNQ
11:35, Bu gün
Düşməni lərzəyə salan “Cəbi” ləqəbli Vətən Müharibəsi Qəhrəmanı
11:23, Bu gün
Ukrayna Luqanskdakı neft anbarlarını vurdu - Video
11:14, Bu gün
Abşeronda kişi kimyəvi məhluldan zəhərlənib öldü
11:14, Bu gün
“Biz yalnız indi yox, hər zaman hər cür təxribata hazır olmalıyıq!”
11:05, Bu gün
İlham Əliyev İspaniya Kralını təbrik edib
11:02, Bu gün
Turistlər qayda pozuntusuna görə 20 İL HƏBS OLUNACAQ
10:56, Bu gün
Mir Cəfər Bağırov özünə qarşı terror hazırlanmasını inkar etdi: “Bunlar mənə yaltaqlanmaq və yarınmaq üçün quraşdırılıb…”
10:55, Bu gün
Bəzi rayonlara leysan yağıb - FATİKİ HAVA
10:48, Bu gün
Fransa İsrailə NOTA verdi
10:41, Bu gün
Deputatların maaşından hər ay bu qədər tutulur – Şok məbləğ
10:35, Bu gün
Bu məhsulların idxalı MƏHDUDLAŞDIRILDI
10:31, Bu gün
Azərbaycan XİN İspaniyanı təbrik edib
10:28, Bu gün
Həftəsonunun ən şanslı bürcləri
10:21, Bu gün
Kirayə mənzil verənlərin diqqətinə: Hər iki tərəf cərimələnə bilər?
10:12, Bu gün
Meteoroloqlar “Milton” qasırğasının güclənməsinin səbəbini açıqlayıblar
10:07, Bu gün
Futbol üzrə Azərbaycan Kubokunda yeni mövsüm bu gün başlayacaq
10:00, Bu gün
Xəzər İbrahim: COP29 çərçivəsində ABŞ-la Azərbaycan arasında çox yaxşı əməkdaşlıq mövcuddur
09:58, Bu gün
Vaşinqtonda COP29 çərçivəsində yaşıl maliyyəyə həsr olunmuş konfrans keçirilib
09:53, Bu gün
Mağazadan aldığınız məhsul keyfiyyətsiz və ya istifadəyə yararsızdırsa nə edə bilərsiniz?
09:45, Bu gün
Direktorluqdan imtina edib, Xankəndiyə müəllim kimi qayıtdı- VİDEO
09:39, Bu gün
ABŞ-dən Türkiyəyə ŞOK TƏHDİD - Bu olsa...
09:31, Bu gün
Pezeşkianla Putinin Aşqabad görüşü- Bu məsələlər müzakirə olundu
09:23, Bu gün
Maşınların üsyanı: Robot tozsoranlar sahiblərini təhqir etməyə BAŞLADI 
09:18, Bu gün
Alimlər ilk dəfə yatan iki insanın şüurları arasında əlaqə qura biliblər
09:09, Bu gün
Neftçalada "TORNADO" baş verdi - Görüntülər vahimə yaratdı - VİDEO
09:01, Bu gün
Tanınmış azərbaycanlı aparıcı ABŞ vətəndaşı oldu - FOTO
08:58, Bu gün
Obama zarafat etdi: "Tramp nə vaxtsa "pampers"ləri dəyişib?.." 
08:45, Bu gün
Bakıda varlı qadının ŞOK ƏMƏLİ - Cavan oğlan tutur, hər gün 400 manat verir...
08:37, Bu gün
Maaşlarla bağlı qərar verildi: Ayın 1-dən...
08:29, Bu gün
Həbs edilən hərbi komissarla bağlı RƏSMİ AÇIQLAMA
08:26, Bu gün
Putin artıq yükdən xilas oldu: Paşinyan niyə sevinir?
08:17, Bu gün
Xəzər dənizində zəlzələ olub
08:11, Bu gün
Həyat tarixini yenidən yazır: 2 milyard yaşlı CANLI TAPILDI
07:55, Bu gün
Həftə sonu peyğəmbərlik yuxuları görəcək ÜÇ BÜRC: onlar kimlərdir?
07:48, Bu gün
İctimai nəqliyyatdan istifadə edənlərin NƏZƏRİNƏ! - VİDEO
07:32, Bu gün
Rusiyada minlərlə Şimali Koreya əsgəri təlim keçir və Ukraynaya göndərilə bilərlər...-"ISW"
00:13, Bu gün
Azərbaycanlı aparıcı ABŞ vətəndaşı oldu
00:03, Bu gün
“ “Brilliant əl” filminə baxan əcnəbilər Azərbaycana qəlmək istəyirlər” - KİNO TURİZMİ  inkişaf edib?-AÇIQLAMA       
11 Oct 2024 | 23:55
Qohum nikahları ilə bağlı qaydaya dəyişiklik edildi
11 Oct 2024 | 23:14
Rektordan ödənişli təhsillə bağlı təklif...
11 Oct 2024 | 23:09
“Kamp Nou” stadionunda fəhlələr arasında dava düşüb
11 Oct 2024 | 23:04
Pul köçürmələrinə nəzarət gücləndirilib
11 Oct 2024 | 22:56
Şamaxıda hər yerdən görünən heykəl... - FOTO-VİDEO
11 Oct 2024 | 22:54
"iPhone"u avtomobillə dəyişdilər
11 Oct 2024 | 22:46
"28 May"ın qarşısındakı işlər nə vaxt tamamlanacaq?
11 Oct 2024 | 22:40
Azərbaycanda çörəyin içinə iynə ilə elə şeylər yerdilir ki,... - Sədrdan ŞOK AÇIQLAMA
11 Oct 2024 | 22:37
Hər iki valideynini itirən Nilayın nənəsi: "Dedim ki, ata-ananı gözləmə, gəlməyəcəklər"
11 Oct 2024 | 22:35
Putinin reytinqi açıqlandı – İnanılmaz
11 Oct 2024 | 22:30
Azərbaycanlı aparıcı ABŞ vətəndaşı oldu - FOTO
11 Oct 2024 | 22:25
Hədəfimiz İsraili buna məcbur etmək və... - Hizbullah
11 Oct 2024 | 22:20
Daha bir hərbi komissar həbs edildi - RƏSMİ
11 Oct 2024 | 22:08
Millimiz Estoniyaya məğlub oldu
11 Oct 2024 | 22:00
“Obama mənə səs verəcək”
11 Oct 2024 | 21:55
Bayden qasırğadan zərər çəkmiş Floridaya səfər edəcək
11 Oct 2024 | 21:50
Azərbaycan ilə İspaniya arasında siyasi məsləhətləşmələr keçirilib
11 Oct 2024 | 21:45
Telefon oğurlandıqda avtomatik bloklanacaq – Yeni funksiya - FOTO
11 Oct 2024 | 21:40
Ermənistan COP29-da iştirak edəcək? - Laçındakı KSES-lərin ekologiyaya töhfəsi - VİDEO
11 Oct 2024 | 21:35
Ermənistanda zəlzələ baş verdi
11 Oct 2024 | 21:28
Rusiya XİN bu ölkəyə xəbərdarlıq etdi
11 Oct 2024 | 21:20
Prezidentin sərəncamı: Yerüstü suların istismarı...
11 Oct 2024 | 21:13
Yasamalda FACİƏVİ ÖLÜM: 20 yaşlı qız...
11 Oct 2024 | 21:05
Əhməd Əhmədov sağalan kimi azadlığa çıxacaq? - Vəkildən OLAY kimi müsahibə- VİDEO
11 Oct 2024 | 20:57
Günay Ağamalı: "Yenilənən Laçın göz oxşayır"
11 Oct 2024 | 20:55
““Böyük İsrail” proyekti ilə bağlı işlərə “utopiya” demək, sadəcə, özünü aldatmaq olar...”
11 Oct 2024 | 20:48
Eminin ev yarışının qalibi bəlli oldu!
11 Oct 2024 | 20:47
ABŞ-da nəşr olunan THEHİLL.COM-dan İFRAZ OLUNAN ZƏHƏR…
11 Oct 2024 | 20:43
Məktəb binasından yıxılan qızın SON DURUMU
11 Oct 2024 | 20:35
Rusiya Yaponiyaya nota verdi: Öz ərazisində hərbi təlim keçirir...
11 Oct 2024 | 20:30
Pulsuz "Wi-Fi"lardan niyə istifadə etmək olmur? - VİDEO
11 Oct 2024 | 20:23
Ukrayna Rusiya Prezident Administrasiyasının obyektini DAĞITDI
11 Oct 2024 | 20:15
Estoniya - Azərbaycan görüşü başladı - CANLI
11 Oct 2024 | 20:10
Qazaxda lotereyadan 425 364 manatlıq cekpot uduldu
11 Oct 2024 | 20:05
Dünyanın ən yaxşı universitetləri: Siyahıda Azərbaycan da var
11 Oct 2024 | 19:58
Fransa Ermənistana 75 milyon avro kredit verir
11 Oct 2024 | 19:48
Yutubda abunəçiləri narazı salan YENİLİK
11 Oct 2024 | 19:40
Ordumuzun raket və artilleriya bölmələrində atəş tapşırıqları icra olundu - VİDEO
11 Oct 2024 | 19:31
Prezident İlham Əliyev tunisli həmkarını təbrik edib
11 Oct 2024 | 19:25
AZAL yeni proqrama start verir
11 Oct 2024 | 19:22
Altı BÜRCƏ həftənin sonu ilə bağlı ŞAD XƏBƏR
11 Oct 2024 | 19:18
Mesut Özil: "Qarabağ" bizim canımız-ciyərimizdir"
11 Oct 2024 | 19:10
“Vatsap” qruplarındakı hegemon valideynlər - Onlar sinfi necə idarə edir?
11 Oct 2024 | 19:10
Arılardan xilas olmaq istəyərkən 17 evi yandırdı: Tragikomik hadisə - FOTO
11 Oct 2024 | 19:05
Məsut Özil: Azərbaycanda Məsut Özil İdman akademiyası açmağı düşünürəm
11 Oct 2024 | 19:00
"Halal" markası vurulmuş məhsulun tərkibində DONUZ PİYİ VAR? - Qurumlardan AÇIQLAMA
11 Oct 2024 | 18:55
ICESCO nümayəndə heyəti Ağdama səfər edib
11 Oct 2024 | 18:53
Putin Şoltsla telefon danışığından imtina etdi
11 Oct 2024 | 18:48
Metroda qatarlar gecikdi - SƏBƏB
11 Oct 2024 | 18:40
Rusiyaya görə İrana sanksiyalar tətbiq edəcəklər?
11 Oct 2024 | 18:33
Qara dəliyin sirri çözüldü – Görün ulduzları necə məhv edir
11 Oct 2024 | 18:25
Mesut Özilin Bakıya səfərinin səbəbi müəyyənləşib
11 Oct 2024 | 18:21
Maliyyə Nazirliyinin şöbə müdiri vəzifəsindən ayrıldı
11 Oct 2024 | 18:20
ADNSU-nun daha bir beynəlxalq uğuru - FOTO
GÜNLÜK
11 Oct 2024 | 14:44
Elektriklər izah etdi: Bu 8 cihazı uzatma kabellərinə qoşmamalısınız
11 Oct 2024 | 19:10
“Vatsap” qruplarındakı hegemon valideynlər - Onlar sinfi necə idarə edir?
11 Oct 2024 | 13:20
Dərmanların qiyməti BELƏ TƏNZİMLƏNİR  - RƏSMİ
11 Oct 2024 | 16:48
Beyni yaxşılaşdıran və yaddaşı gücləndirən ÇƏRƏZ
11 Oct 2024 | 14:57
Təbiətin antibiotik təsiri ilə MÖCÜZƏVİ QİDASI 
11 Oct 2024 | 13:00
Xeyrindən çox, zərəri olan "Nimesil" - Bu dərmanı nə vaxt istifadə etmək olmaz?
11 Oct 2024 | 13:17
"Rusiya Kursk vilayətinə 50 min hərbçi göndərib" - general Sırski
11 Oct 2024 | 12:32
Öz-özünə sağalmır, şok yaradır... - Həkimdən TƏCİLİ XƏBƏRDARLIQ
11 Oct 2024 | 15:43
İlham Əliyev içməli su ilə bağlı sərəncam imzaladı
11 Oct 2024 | 14:10
"ABŞ İsrailə mane olmaq niyyətində deyil" - Ağ Evin mətbuat katibi
HƏFTƏLİK
06 Oct 2024 | 09:08
Ekspertlər ən yaxşı kərə yağlarının ADLARINI AÇIQLADI
08 Oct 2024 | 07:55
Canan Karatay ən faydalı turşunun ADINI AÇIQLADI 
06 Oct 2024 | 10:40
Bakının bu ünvanında binalar sökülür, sakinlərə pul veriləcək- FOTO
07 Oct 2024 | 16:32
“Bağırovun məhkəməsi o vaxtkı SSRİ rəhbəri Xruşovun əmri ilə təşkil olunmuş oyun idi...”
08 Oct 2024 | 17:40
Lavaş çörəkdən daha faydalıdır? - MÜTƏXƏSSİSLƏR AÇIQLADI 
06 Oct 2024 | 16:03
7,8 bal gücündə zəlzələ gözlənilir – SON DƏQİQƏ
08 Oct 2024 | 23:42
Prezident İlham Əliyev Moskvada "Rossiya-1" televiziya kanalına müsahibə verib
09 Oct 2024 | 00:02
MSK-nın sədri vəfat etdi - Son Dəqiqə
07 Oct 2024 | 18:45
Lavrovdan Laçınla bağlı təklif: Gələn il...
07 Oct 2024 | 16:47
Azərbaycanda toy paketinə görün nə atdılar - "Allah bizi belə qohumlardan..." - VİDEO
AYLIQ
11 Oct 2024 | 14:44
Elektriklər izah etdi: Bu 8 cihazı uzatma kabellərinə qoşmamalısınız
11 Oct 2024 | 19:10
“Vatsap” qruplarındakı hegemon valideynlər - Onlar sinfi necə idarə edir?
11 Oct 2024 | 13:20
Dərmanların qiyməti BELƏ TƏNZİMLƏNİR  - RƏSMİ
11 Oct 2024 | 16:48
Beyni yaxşılaşdıran və yaddaşı gücləndirən ÇƏRƏZ
11 Oct 2024 | 14:57
Təbiətin antibiotik təsiri ilə MÖCÜZƏVİ QİDASI 
11 Oct 2024 | 13:00
Xeyrindən çox, zərəri olan "Nimesil" - Bu dərmanı nə vaxt istifadə etmək olmaz?
11 Oct 2024 | 13:17
"Rusiya Kursk vilayətinə 50 min hərbçi göndərib" - general Sırski
11 Oct 2024 | 12:32
Öz-özünə sağalmır, şok yaradır... - Həkimdən TƏCİLİ XƏBƏRDARLIQ
11 Oct 2024 | 15:43
İlham Əliyev içməli su ilə bağlı sərəncam imzaladı
11 Oct 2024 | 14:10
"ABŞ İsrailə mane olmaq niyyətində deyil" - Ağ Evin mətbuat katibi