Azərbaycanlı aparıcı ABŞ vətəndaşı oldu - FOTO
1932
11 Oct 2024 | 22:30

Azərbaycanlı aparıcı ABŞ vətəndaşı oldu - FOTO

Aparıcı Aynur Talıbova 8 il sonra ABŞ vətəndaşı olub.
 
Publika.az xəbər verir ki, o, bu barədə sosial şəbəkədə məlumat yayıb.
 
Aparıcı "Instagram" səhifəsində foto paylaşaraq bunları yazıb:
 
“Bu gün mənim həyatımda çox xüsusi bir dönüş nöqtəsidir. Bu günü bütün qəlbimlə gözlədim və təntəli şəkildə and içdim. 8 il yaşadıqdan sonra nəhayət Amerika ailəsinin bir hissəsi oldum”.
 
Qeyd edək ki, Aynur Simran adlı şəxslə evlidir. Onların bir oğlu var.
Link kopyalandı!
Son xəbərlər