Rusiya Yaponiyaya nota verdi: Öz ərazisində hərbi təlim keçirir...
Dünya
1903
11 Oct 2024 | 20:35

Rusiya Yaponiyaya nota verdi: Öz ərazisində hərbi təlim keçirir...

Rusiya Xarici İşlər Nazirliyi Yaponiyanın Rusiyadakı səfirliyinə Moskvanın kəskin etirazını çatdırıb.
 
Musavat.com nazirliyin açıqlamasına istinadən xəbər verir ki, etiraza səbəb Tokionun Rusiya sərhədlərinə yaxın ərazilərdə ABŞ-la birgə təlimlər keçirmək planlarıdır.
 
Təlimlər oktyabrın sonu - noyabrın əvvəllərində Yaponiya ərazisində, o cümlədən Hokkaydo adalarının yaxınlığında yerləşən ərazilərdə ABŞ-la birgə keçiriləcək.
 
Manevrlərə 45 min hərbçinin cəlb olunacağı gözlənilir.
Link kopyalandı!
Son xəbərlər