Cənubi Avropada səhra təhlükəsi... - BMT xəbərdarlıq etdi
Dünya
1886
07 Oct 2024 | 22:45

Cənubi Avropada səhra təhlükəsi... - BMT xəbərdarlıq etdi

BMT-nin İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelinin rəhbəri Cim Ski bildirib ki, qlobal istiləşmə 3°C-ə çatarsa, Cənubi Avropa səhralaşma ilə üzləşəcək.
 
Valyuta.az xəbər verir ki, rəsmi bu barədə "The Telegraph"a danışıb.
 
Onun sözlərinə görə, səhralaşma təkcə Şimali Afrika ölkələrində deyil, Yunanıstan, Portuqaliya və Türkiyədə də baş verir.
 
"Bütün Avropa, xüsusən də Aralıq dənizi həssasdır", deyə Cim Ski bildirib.
 
O, əlavə edib ki, 3°C qlobal istiləşmə 2100-cü ilə qədər baş verə bilər və bunu gələcək nəsillər üçün problem kimi qəbul etməməyə çağırıb. Cim Ski etiraf edib ki, bu, bir çox Avropa ölkələrində isti və rütubətli iqlimin formalaşmasına gətirib çıxaracaq ki, bu da məsələn, Polşada kartof yetişdirilməsini çətinləşdirə və makaron istehsal üçün lazım olan bərk buğda sortlarının İtaliyada yoxa çıxmasına səbəb ola bilər. 
 
Sentyabrın əvvəlində Gent Universitetindən olan Belçikalı iqlimşünaslar Böyük Britaniya və İsveçrədən olan həmkarları ilə birlikdə müəyyən edib ki, Yer səthinin demək olar yarısı indi quru ərazilər kimi təsnif edilir və onların ərazisi getdikcə daha sürətlə genişlənir. Səhralar ən aktiv şəkildə Avstraliya və Avrasiyada irəliləyir.
Link kopyalandı!
Son xəbərlər