Bizi sosial şəbəkələrdən izləyin:
İsrail ordusu hərbi texnikadan istifadə edərək İordan çayının qərb sahilində yerləşən Cenin şəhərinə hücum edib.
Bu barədə Fələstinin WAFA xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, oktyabrın 7-də səhər saatlarında İsrail hərbçiləri hərbi texnika və buldozerlərin müşayiəti ilə Ceninin şərq hissəsinə Həlimə Əl-Səadiyə və Bayader məhəllələri istiqamətində hücuma başlayıblar.
İsrail əsgərləri şəhər xəstəxanasını da mühasirəyə alıb və ona gedən bütün yolları bağlayıblar.
Oktyabrın 7-də İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağının Deyr əl-Bələh şəhərindəki xəstəxana binasında yerləşən Fələstinin HƏMAS radikal hərəkatının komanda və idarəetmə mərkəzlərinə hücum etdiklərini bildirib .